AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."

AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."Son günlər Azərbaycanda internet xidmətlərinin qiymətində yenidən artım müşahidə olunur və bu dəyişikliklər həm mobil operatorları, həm də sabit internet provayderlərini əhatə edir.

Düzdür, rəsmi olaraq internet xidmətlərinin qiymətində hansısa dəyişiklik haqqında məlumat verilməyib.

Ancaq aylıq 11 manata təklif olunan mobil internet paketləri 13 manata qədər bahalaşıb.

Oxşar addımı bəzi sabit internet provayderləri də atıb. Məsələn, əvvəllər "CityNet"-in 20 manata təqdim etdiyi paket bu ildən 25 manata yüksəlib. Hazırda sabit internet xidmətlərində minimal aylıq ödəniş 25 manatdan başlayır.

Mobil internetdə isə vəziyyət daha məhduddur. Operatorların təqdim etdiyi minimum paketlər 10 manatdan başlasa da, bu qiymətə istifadəçilərə orta hesabla cəmi 5-10 GB trafik verilir. Bu həcm isə yalnız qısa müddətli istifadə, əsasən də mesajlaşma və sosial şəbəkələrdə məhdud fəaliyyət üçün kifayət edir.

Artan qiymətlər fonunda istifadəçilər daha çox xərc çəkməyə məcbur qalsalar da, təqdim olunan xidmət həcmi və keyfiyyəti ilə bağlı suallar açıq olaraq qalır.

Azərbaycan mobil və sabit internetin sürətinə görə dünyada neçənci yerdədir?

Azərbaycan 2025-ci ilin dekabr ayında dünyada mobil internet sürətinə görə 105 ölkə arasında 53-cü yerdə qərarlaşıb. Belə ki, ölkədə mobil internet sürəti 1 pillə aşağı düşrək 87.92 Mbps (internet sürətini ölçən vahid-red.) olub. Ölkələr sırasında ilk yeri 691.76 Mbps ilə Birləşmiş Ərəb Əmirlikləri tutub. Sonuncu yerdə isə 14.87 Mbps ilə Əfqanıstan qərarlaşıb.
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."Sabit genişzolaqlı internet sürətinə görə isə Azərbaycan 156 ölkə arasında 1 pillə geriləyərək 88.83 Mbps ilə 86-cı yerdə qərarlaşıb. Sabit genişzolaqlı internet sürətinə görə ilkin yerdə 410.06 Mbps İlə Sinqapur, sonuncu yerdə isə 3 pilllə düşərək, 3.82 Mbps ilə Kuba qərarlaşıb.

Ən sürətli provayder hansıdır?

Yeri gəlmişkən Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) provayderlərin 2026-cı ilin mart ayı üzrə internet sürət göstəricilərini dərc edib.
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."Təhlilə görə:

- Çox yüksək sürət (150+ Mbps) "Azeronline", "Aztelekom" və "Citynet"-də ;

- Yüksək sürət (101-149 Mbps) "FiberNET"-də;

- Orta sürət (50-100 Mbps) "ARTKOM", "AiləTV","Alfanet", "Alnet", "AzFiberNet", "Aznet", "Bline", "Bulud Telecom", "Connect", "GSP", "KATV 1", "Metronet", "Netpoint", "SHAKH Telecom", "Sazz", "Selnet", "Smart Online", "SparkTel" və "TransEuroCom"-da;

- Aşağı sürət (1-49 Mbps) - "Fiberon", "FlexNET", "Nest Fiber" və "Teleport"-dadır.

Ekspert: "Bu, mədəni formada insanları talamaq deməkdir artıq".

Bəs Azərbaycanda mobil internetin yenidən bahalaşmasının səbəbi nədir.?
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev "AzPolitika"ya şərhində bildirib ki, təəssüf ki, ölkədə bu sahə üzrə sistemli təhlillər və hesabatlar hazırlanmadığından mobil operatorlar istədikləri kimi qiymət siyasəti formalaşdırır və yeni tariflər müəyyənləşdirirlər.

O qeyd edib ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müvafiq quruma bir neçə dəfə müraciət etsə də, müraciətlər yenidən Nazirliyə yönləndirilib: "Nazirliyin bu məsələdə hansı rolda çıxış etməsi müəyyən şübhələr yaradır, çünki qurum həm də maraqlı tərəf kimi görünür və nəticədə cavablarda heç bir qayda pozuntusunun olmadığı qeyd olunur. Halbuki, sosial şəbəkələrdə və cəmiyyət arasında mobil operatorların fəaliyyətindən ciddi narazılıq müşahidə edilir. Bu narazılıqlar əsasən tariflərin yüksək olması və data xidmətlərində tətbiq olunan qeyri-şəffaf mexanizmlərlə bağlıdır. Bu "tarif oyunları"na misal olaraq faktura dövrünün 30 gün əvəzinə 28 günə endirilməsi və internet istifadəsi zamanı yuvarlaqlaşdırma praktikasını göstərmək olar. Belə ki, istifadəçi cəmi 2 MB internet istifadə edib bağlantını kəssə belə, sistem tərəfindən ondan 5 MB çıxılır. Bu, hansı əsasla edilir? Bütün bunlara baxmayaraq, məsələ ilə bağlı heç bir ciddi tədbir görülmür".

"Avropa Birliyi bir neçə il əvvəl Apple qarşısında tələb qoyaraq iPhone modellərinin şarj portunun vahid standart - USB Type-C formatına keçirilməsini şərt kimi irəli sürdü. Nəticədə şirkət əvvəl istifadə etdiyi "Lightning" portundan imtina edərək Avropa bazarında qalmaq üçün bu dəyişikliyi etməyə məcbur oldu. Bu addımın məqsədi istifadəçilərin fərqli cihazlar üçün ayrı-ayrı kabellərdən istifadə etmək məcburiyyətini aradan qaldırmaq idi. Bununla yanaşı, Avropa Birliyi son qərarlarında mobil cihaz istehsalçılarına akkumulyatorların dəyişdirilə bilən olması tələbi də qoyub. Məqsəd odur ki, vətəndaşlar yalnız batareya zəiflədiyinə görə yeni telefon almağa məcbur qalmasın, sadəcə onu dəyişməklə cihazdan istifadəni davam etdirə bilsinlər. Bu nümunələr Avropada istehlakçı hüquqlarının necə qorunduğunu və bazarın necə tənzimləndiyini göstərir. Azərbaycanda isə əksinə, mobil operatorlar çox vaxt məntiqsiz və istehlakçıların maraqlarına uyğun olmayan qaydalar tətbiq edir və bu sahədə effektiv nəzarət mexanizmləri hiss olunmur",-deyə ekspert bildirib.

Ekspert diqqətə çatdırır ki, vətəndaş mobil nömrə almaq istədikdə belə, ilkin mərhələdə arzuladığı tarif planını birbaşa seçmək imkanı əldə etmir. Onun sözlərinə görə, istifadəçi konkret bir tarifdən yararlanmaq istədiyini bildirsə də, operator əvvəlcə onu başqa - daha bahalı və ya uyğun olmayan tarifə qoşulmağa məcbur edir, daha sonra isə əlavə ödənişlə istədiyi tarifə keçidi mümkün edir. Nəticədə vətəndaş eyni xidmət üçün bir neçə dəfə ödəniş etməli olur.
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."Ekspert bu yanaşmanı "absurd plan" kimi qiymətləndirir və bunun istehlakçıların açıq şəkildə istismarı olduğunu vurğulayır: "Bu cür mexanizmlər vətəndaşların həm maliyyə maraqlarına zərbə vurur, həm də onlara qarşı hörmətsiz münasibətin göstəricisidir. Bu, mədəni formada insanları talamaq deməkdir artıq. Biznes mühiti aqressivdir və mobil operatorlar daha çox qazanc əldə etməyə çalışır. Bu, müəyyən mənada başadüşüləndir. Amma bu, o demək deyil ki, istehlakçıların hüquqları pozula bilər. Məhz bu mərhələdə bazara nəzarət edən və tənzimləyən qurumlar aktiv rol oynamalı, açıq və konkret tədbirlər görməlidir. Qurumlar aydın şəkildə deməlidir ki, vətəndaşa -istehlakçıya qarşı bu cür davranış yolverilməzdir və bunun qarşısı alınmalıdır".

Regionda ən bahalı mobil internet hansı ölkələrdədir?

Digər tərəfdən "Speedtest" platformasının 2025-ci il üçün açıqladığı məlumata görə, Azərbaycan mobil internetin qiymətinə görə (1gb-1,76 dollar) ilə 236 ölkə arasında 146-cı yeri tutub.
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."Keçmiş SSRİ və regionun 16 ölkəsi arasında internetin sürətinə görə Azərbaycan 13-cü sırada yer alıb.

Keçmiş SSRİ və regionun ölkələri arasında internetin sürəti və mobil internetin (1 GB) qiyməti belə olub:

26. Estoniya - 91,34 Mbit/s (1,15 dollar)

29. Latviya - 84,19 Mbit/s (3,21 dollar)

31. Litva - 83,47 Mbit/s (1,26 dollar)

59. Azərbaycan - 48,41 Mbit/s (1,76 dollar)

68. Türkiyə - 37,66 Mbit/s (0,44 dollar)

69. Türkmənistan - 37,23 Mbit/s (11,42 dollar)

71. Qazaxıstan - 35,71 Mbit/s (0,41 dollar)

73. Gürcüstan - 35,09 Mbit/s (1,91 dollar)

74. İran - 34,71 Mbit/s (1,50 dollar)

78. Moldova - 32,18 Mbit/s (0,28 dollar)

85. Ermənistan - 30,19 Mbit/s (0,98 dollar)

93. Qırğızıstan - 27,25 Mbit/s (0,17 dollar)

94. Ukrayna - 27,23 Mbit/s (0,27 dollar)

101. Özbəkistan - 26,24 Mbit/s (0,30 dollar)

113. Rusiya - 24,64 Mbit/s (0,25 dollar)

146. Belarus - 11,86 Mbit/s (0,67 dollar)

Maraq üçün qeyd edək ki, Zimbabve hazırda ən bahalı internetə sahib ölkə hesab olunur və burada 1 GB internetin qiyməti 43,75 dollara çatır. Ona yaxın göstəricilər Folklend adalarında 40,58 dollar və Müqəddəs Yelenada 40,13 dollar səviyyəsindədir. Cənubi Sudanda internet 23,70 dollar, Tokelaunda 17,24 dollar, Yəməndə 15,68 dollar və Türkmənistanda 11,42 dollardır. Siyahının davamında Mərkəzi Afrika Respublikası 10,90 dollar, Svalbard və Yan Mayen 9,00 dollar və Kayman adaları 8,39 dollar gəlir.

Ən ucuz internetə malik ölkələrə gəldikdəı isə, İsrail bu sahədə liderdir və burada 1 GB internet cəmi 0,02 dollara başa gəlir. Fici və İtaliyada bu göstərici təxminən 0,09 dollardır, San Marinoda isə 0,10 dollardır. Pakistan və Kambocada 1 GB internet 0,12 dollara, Hindistanda 0,16 dollara, Qırğızıstanda 0,17 dollara, Kolumbiya və Fransada isə təxminən 0,20 dollara təklif olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 378
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 213
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 212
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 198
.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

02.10.2026 246
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 247
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

02.10.2026 191
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 212
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 267
.