İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMA

İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMASon dövrlər hərbi xidmətə yararlılıqla bağlı tibbi yoxlamaların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçməsindən sonra ölkədə ciddi problemlər ortaya çıxıb. İllərlə həkim komissiyaları tərəfindən "yararsız" hesab edilən şəxslər, hərbi xidmətdən azad olunmağa az qalmış - 30 yaş həddinə yaxınlaşarkən qəfil şəkildə "yararlı" elan olunur və xidmətə göndərilmək istənilir. Bu hallar artıq sistemli xarakter alıb. Fiziki qüsurları olan şəxslər - əl barmaqları bitişik olanlar, ayağında barmaq çatışmazlığı olanlar - uzun illər "yararsız" statusu alsalar da, sonuncu tibbi komissiyalarda heç bir izah verilmədən "yararlı" çıxarılır.

Regionlardan daxil olan məlumatlar göstərir ki, Füzuli rayonunda ayağında 3 barmağı olan şəxs də eyni şəkildə birdən-birə "yararlı" hesab edilib. Daha ağır fakt isə Masallı rayonunun Qızılağac kənd sakini Coşqun Zülfüqar oğlu Sadıqovla bağlıdır. Uzun illər vərəm xəstəsi olduğu üçün hərbi xidmətə yararsız sayılan şəxs sonradan qəfil "yararlı" elan edilərək xidmətə göndərilib və cəmi 10 gün sonra həyatını itirib. Hazırda bu kimi çoxsaylı hallar səbəbilə çağırışçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-ni məhkəməyə verir və qurum geniş hüquqi çəkişmələrin içindədir. Ortaya çıxan faktlar hərbi tibbi komissiyaların qərarlarının obyektivliyi və insan həyatına təsiri ilə bağlı ciddi suallar yaradır.
İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMAMövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Reablitasiya və Ekspertiza Mərkəzi var hansıki onlar rəy verirlər insanların sağlamlığı ilə bağlı, yəni çağırışçıların sağlamlığı ilə bağlı. Artıq onlarla fakt varki xidmətə yararsız adamları bunlar qismən yararlı yazırlar. Onun sözlərinə görə, Səfərbərlik Xidmətidə məcburdur onları xidmətə cəlb eləməyə: "Bundan sonrada bu cür xoşagəlməz mənzərələr olur. Məndə gördüm uşağın ayağında barmaqları yoxdur şəkili var, onu götürüb hərbi xidmətə yararlı yazıblar. Masallının Qızılağac kəndindən Sadıqov Coşqun Zülfüqar oğlu vərəm xəstəsi olub. 8 il vərəm daşıyıcısı olub, sonra xidmətə aparıblar 10 gündən sonrada həyatını itirdi. Onlarla belə faktlar var.

Ona görədə həkim komissiyası qudurub. O komissiyanın üzvlərini tutub türməyə basmaq lazımdır. Ona görəki onlar Azərbaycan ordusunun düşmənidir. Onlar əgər Azərbaycanlı olsaydılar, Azərbaycan ordusuna sağlam insan göndərməyə borcludurlar. Onların vəzifəsi odur. Yoxsa xəstə insanları göndərirlər, ordu haqqında bu cür fikirlər yaradırlar. Mən onun qətiyyən tərəfdarı deyiləm. Sadəcə bu Sahil Babayevdən qalmış bir xəstəlikdir, bu gündə Anar Əliyev onu davam eliyir" deyə Cəfərov bildirib.
İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, əlbbətdəki hər hansısa bir şəxslə bağlı əvvəlcə həkim komissiyası rəy verirsəki bu şəxs hərbi xidmətə yararsızdır, sonradan isə "yararlıdır" rəyi verilirsə və uşağın valideynləri əmindir ki, yararsızdır əslində bu halda əlbbətdəki məhkəmədə iddia qaldıra bilər. Onun sözlərinə görə, yəni həkim komissiyası tərəfindən verilən "yararlıdır" qərarı məhkəmədə mübahisələndirilə bilər: "Çox vaxt hərbi xidmətə yararsız olan şəxsləri anidən həkim komissiyası "yararlı" hesab edib hərbi xidmətə göndərmək istəyir. Bu təbiiki qanunsuzdur.

Əgər dediyim ki, valideyn hesab edirsəki, övladı yararsızdır gedib məhkəməyə verib, həkim komissiyasının qərarını məhkəmədə mübahisələndirə bilər" deyə Həsənov bildirib.

Araşdırmamızdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yararsız çağırışçıları anidən "yararlı" çıxardıb hərbi xidmətə göndərmək istəyi tamamilə qanunsuzdur. Övladınız haqqında Reablitasiya və Ekspertiza Mərkəzi tərəfindən hərbi xidmətə "yararlıdır" rəyi verilibsə vaxt itirmədən vəkil tutub məhkəməyə müraciət edib hüquqlarınızı məhkəmə qaydasında müdafiə edə, eyni zamanda probleminizi ictimailəşdirə bilərsiniz.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2124   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb

"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya məsələsinin gündəmə gəlməsindən sonra İranda bəzi dairələr hərəkətə keçib. Həmin dairələr sənədin ratifikasiya olunmasının ölkənin maraqları əleyhinə olması barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Maraqlıdır ki, onlar

18:45 141
.

İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi

14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət

11:09 156
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 179
.

Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizli

11:40 181
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

18:15 187
.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

12:21 194
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

16:51 167
.

"Global Media Group"un əməkdaşı vəfat edib

"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi

14:31 227
.

Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər

Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf

22:30 43
.

TOP MP3