Azərbaycan-Ukrayna münasibətləri: siyasi prinsip və praktik əməkdaşlıq

Azərbaycan-Ukrayna münasibətləri: siyasi prinsip və praktik əməkdaşlıqUkrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Qəbələdə Prezident İlham Əliyev ilə əvvəl təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ukrayna münasibətləri uzun illərdir qarşılıqlı etimada və sabit siyasi xəttə əsaslanır. Bu münasibətlərin əsas dayaqlarından biri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasıdır. Bu, Bakının prinsipial mövqeyidir. Çünki Azərbaycan özü də uzun illər beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünün zədələnməsi təcrübəsini yaşayıb və bu səbəbdən suverenlik məsələsinə xüsusi həssaslıqla yanaşır:

"Prezident İlham Əliyev mətbuata bəyanatında bu mövqeni bir daha təsdiqləyərək bildirib:

"Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək."

Məhz bu yanaşma Azərbaycanın Ukrayna məsələsində mövqeyini ardıcıl və dəyişməz edir. Burada söhbət təkcə siyasi simpatiyadan deyil, beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasından gedir. Bu səbəbdən Bakı Ukraynanın ərazi bütövlüyünün pozulmasını açıq şəkildə qəbul etmir və bunu davamlı siyasi ritorikasında ifadə edir.

Eyni zamanda, Azərbaycan Rusiya-Ukrayna müharibəsində hər hansı hərbi və ya siyasi bloklaşmanın tərəfi kimi çıxış etmir. Bakı münaqişəyə birbaşa müdaxilədən uzaq durur, lakin Ukraynaya humanitar yardım göstərməklə mövqeyini praktik müstəvidə də nümayiş etdirir.

Təsadüfi deyil ki, Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında mümkün danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanın balanslı siyasəti onu regionda nadir aktorlardan birinə çevirir. Bakı həm Rusiya ilə münasibətləri qoruyur, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu model Azərbaycanı potensial diplomatik platforma kimi ön plana çıxarır.

İki ölkə arasında enerji və iqtisadi əməkdaşlıq isə siyasi münasibətlərin real dayağını təşkil edir. Prezident İlham Əliyev bu barədə qeyd edib:

"SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir. Eyni zamanda, çox yaxşı perspektivlər və birgə layihələr mövcuddur."

SOCAR-ın Ukraynada fəaliyyəti, xüsusilə yanacaqdoldurma şəbəkəsi və enerji sektorundakı iştirakı əlaqələri praktiki əməkdaşlıq müstəvisinə daşıyır. Bu isə münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 378
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 213
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 212
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 198
.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

02.10.2026 246
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 247
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

02.10.2026 191
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 212
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 267
.