Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı
Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər.
Bəs kimlər dövlət hesabına mənzil ala bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, qüvvədə olan qaydalara görə, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır.
Onun sözlərinə görə, vətəndaşlar dövlət mənzil fondundan yararlanmaq üçün yalnız bir dəfə növbəyə götürülə bilərlər. Bu mexanizmin əsas məqsədi şəxsi daha geniş və ya ideal yaşayış şəraiti ilə təmin etmək deyil, minimum yaşayış ehtiyacını qarşılamaqdır. Ailənin böyüməsi və ya mövcud şəraitdən narazılıq isə yeni hüquqi əsas sayılmır.
O qeyd edib ki, yalnız istisna və ciddi hallar zamanı təkrar müraciətlərə baxıla bilər:
"Məsələn, təbii fəlakət nəticəsində yaşayış sahəsi tam yararsız vəziyyətə düşərsə, bu, yeni hüquqi vəziyyət kimi qiymətləndirilə bilər. Lakin eyni səbəblə ikinci dəfə mənzil tələb etmək digər ehtiyacı olan şəxslərin hüquqlarına müdaxilə sayılır və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir".
Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə isə tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi məqsədi daşıyır. Qurum bildirir ki, əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır və indiyədək bu kateqoriyadan olan 16 mindən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.
Qeyd edək ki, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını birdəfəlik prinsip üzərində qurur və yalnız fövqəladə hallar istisna olmaqla təkrar müraciətlərə imkan verir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 722 Tarix: 25 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər
"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları
14:40 197 Bəşəriyyət yeni ev axtarır: Mütləq izlənilməli 10 fantastik film
Yer kürəsinin dağılması təhlükəsi, yaşamaq üçün yeni planet axtarışı, nəhəng kosmik gəmilərlə uzunmüddətli səfərlər və sivilizasiyadan uzaqda yeni insan nəslinin yaradılması kimi mövzular fantastika janrının ən maraqlı istiqamətlərindən birinə çevrilib. bəşəriyyətin kosmosda yeni ev axtarışından bəh
21:45 109 Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır
"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri
12:31 239 ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?
Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər
18:58 188 Azərbaycanda hüququn aliliyi - hüquqi dövlətin əsas dayağı
Hüququn aliliyi demokratik və hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Bu prinsip dövlət və cəmiyyət həyatında qanunun üstünlüyünü, hər bir şəxsin qanun qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsin
12:12 185 Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
23:30 61 Əlil qızı qaçırıb təcavüz etdilər
Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şahinbəy rayonunda baş verib. Qızlarından xəbər ala bilməyən ailə polisə müraciət edib. Axtarışlara başlaya
19:30 177 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
20:00 159 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
11:43 179