16 illik hakimiyyət bitdi: Macarıstan hansı istiqamətə gedir?
Macarıstanda 16 illik Viktor Orban dönəmi başa çatdı. Aprelin 12-də keçirilən parlament seçkilərində "Tisa" partiyası qalib gəldi. Məlumata görə, səslərin 60,24 faizi sayıldıqdan sonra partiya 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib. Bu nəticə ölkə tarixində inqilabi dəyişiklik kimi qiymətləndirilir.
Viktor Orban həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putin ilə yaxın münasibətləri ilə tanınırdı. Bu baxımdan onun məğlubiyyəti bəzi çevrələrdə Tramp və Putinin siyasi mövqelərinin zəifləməsi kimi də şərh olunur.
Nəticələr açıqlanandan sonra Viktor Orban məğlubiyyətini şəxsən etiraf edib və rəqibi "Tisa" partiyasını təbrik edib. Bu isə onun seçkinin nəticəsini əvvəlcədən qəbul etdiyini göstərir. Beləliklə, seçkidə əsas həlledici faktor xalqın iradəsi olub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, "Tisa" Partiyasının lideri Peter Magyar isə Viktor Orbanın ən sərt tənqidçilərindən biri kimi tanınır. Onun əsas prioritetlərinin hüququn aliliyi, media azadlığı və məhkəmə müstəqilliyi kimi sahələrə yönələcəyi gözlənilir. Lakin Magyar üçün proses asan olmayacaq, çünki Orban dövründə formalaşan siyasi sistem kifayət qədər köklü və dərin struktura malikdir:
"Orban hakimiyyəti dövründə Macarıstan formal olaraq Qərb institutlarının tərkibində olsa da, paralel olaraq alternativ siyasi model təqdim edirdi. Bu model milli suverenlik, mərkəzləşdirilmiş idarəetmə və liberal dəyərlərə seçici yanaşma üzərində qurulmuşdu. Eyni zamanda, ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi statusuna malikdir və xüsusilə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə yaxın tərəfdaşlıq münasibətləri formalaşdırıb.
Peter Magyar isə daha çox Avropa yönümlü siyasi xətti ilə seçilir. Onun hakimiyyəti dövründə Avropa İttifaqı ilə uzun müddətdir davam edən gərginliyin yumşalması ehtimalı yüksək qiymətləndirilir. Bu xüsusilə Ukrayna müharibəsi kontekstində özünü göstərə bilər.
Bununla belə, Magyar tam klassik liberal siyasətçi deyil və onun mövqeyində müəyyən milli-mühafizəkar elementlər qalmaqdadır. Bu isə Macarıstanda kəskin ideoloji dönüşdən daha çox siyasi balansın dəyişməsi mərhələsinin başladığını göstərir.
Hazırkı mərhələdə əsas suallardan biri Peter Magyarın Türk Dövlətləri Təşkilatına münasibətinin necə olacağıdır. Orban dövründə bu platforma Macarıstan üçün həm ideoloji, həm də geosiyasi alət rolunu oynayırdı. Budapeşt bu vasitə ilə özünü yalnız Avropa ölkəsi kimi deyil, daha geniş sivilizasiya körpüsü kimi təqdim edirdi.
Yeni hakimiyyətin bu istiqaməti tam tərk etməsi gözlənilmir, çünki bu əməkdaşlıq iqtisadi və diplomatik baxımdan əhəmiyyətlidir. Lakin prioritetlərin dəyişməsi mümkündür. Belə ki, Macarıstanın təşkilat daxilində siyasi aktivliyinin azalması, əlaqələrin isə daha çox iqtisadi və mədəni müstəvidə davam etməsi ehtimal edilir.
Ümumilikdə, Peter Magyarın əsas diqqətini yenidən Avropa İttifaqı strukturlarına yönəldəcəyi proqnozlaşdırılır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 890 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
19:30 45 YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur
Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd
14:26 151 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
19:00 89 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 321 Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BİG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşa
10:27 157 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 173 Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 191 "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video
"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə
12:20 167 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 169