Donald Tramp qərarı: Hörmüz boğazında blokada nefti 200 dollara aparır? - İQTİSADÇIDAN AÇIQLAMA

Donald Tramp qərarı: Hörmüz boğazında blokada nefti 200 dollara aparır? - İQTİSADÇIDAN AÇIQLAMADonald Tramp tərəfindən verilən qərara əsasən ABŞ hərbi qüvvələri Hörmüz boğazında İran limanlarına yönələn və ya oradan çıxan gəmilərə qarşı blokada tətbiq etməyə başlayıb. Bu addım ABŞ-İran danışıqlarının nəticəsiz qalmasından sonra reallaşıb və artıq qlobal enerji bazarlarında ciddi təsir göstərməkdədir. Dünya neft daşımalarının təxminən 20%-nin keçdiyi bu strateji marşrutda yaranan gərginlik fonunda bazarlarda dərhal reaksiya müşahidə olunub və neftin qiyməti artıq 100 dollar həddini keçib. Bu isə göstərir ki, bölgədə hərbi-siyasi risklərin artması enerji qiymətlərini sürətlə yuxarı çəkir və vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə qiymətlərin 200 dollar həddinə yaxınlaşması real ssenari kimi gündəmdə qala bilər.

Hazırkı vəziyyətdə tankerlərin bir hissəsinin marşrutlarını dəyişməsi, sığorta və daşınma xərclərinin artması, həmçinin bazarlarda yaranan panika qlobal enerji balansına birbaşa təsir edir. Belə bir proses davam edərsə, bu, yalnız neft bazarı ilə məhdudlaşmayacaq, eyni zamanda dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini də gücləndirəcək.
Donald Tramp qərarı: Hörmüz boğazında blokada nefti 200 dollara aparır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Donald Trump tərəfindən Hörmüz boğazı ilə bağlı belə bir açıqlama neft bazarında ciddi narahatlıq yaradır, çünki bu boğazdan dünya neftinin təxminən beşdə biri keçir. Ona görə də orada hər hansı gərginlik qiymətlərə dərhal təsir edir.
Onun sözlərinə görə, neftin 200 dolları keçməsi mümkündür, amma bu yalnız ən ağır ssenaridə baş verə bilər: "Bunun üçün boğazın tam bağlanması, hərbi toqquşmanın genişlənməsi və neft daşınmasının ciddi şəkildə dayanması lazımdır. Belə bir vəziyyətdə bazarda kəskin qıtlıq yaranar və qiymətlər çox sürətlə yüksələ bilər.

Hazırkı vəziyyət isə daha çox risk və qeyri-müəyyənlik mərhələsidir. Əgər gərginlik məhdud qalarsa, qiymətlər artsa da 100-130 dollar aralığında sabitləşə bilər. Daha ciddi eskalasiya olarsa 150 dollara qədər yüksəlməsi real görünür.
Qısaca desək, 200 dollar ehtimalı var, amma bu yalnız vəziyyət nəzarətdən çıxarsa mümkündür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

19:30 45
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 151
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

19:00 89
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 321
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BİG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşa

10:27 157
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 173
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 191
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 167
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 169
.