Uşaq bağçaları və məktəblərdə təhlükəsizlik: Mərkəzləşdirilmiş kamera sistemi ölkəmizdə tətbiq oluna bilərmi?

Uşaq bağçaları və məktəblərdə təhlükəsizlik: Mərkəzləşdirilmiş kamera sistemi ölkəmizdə tətbiq oluna bilərmi?Dünyanın bir çox ölkələrində uşaq bağçaları və orta məktəblərdə mərkəzləşdirilmiş kamera sistemi geniş tətbiq olunur. Bu sistemlər əsasən uşaqların təhlükəsizliyini təmin etmək, məktəb ərazisində nəzarəti artırmaq və fövqəladə hallar zamanı operativ müdaxilə imkanını yaratmaq üçün istifadə edilir. Ölkəmizdə də belə texnologiyanın tətbiqi mövzusu aktuallaşır.

Mərkəzləşdirilmiş kamera sistemi valideynlərin və müəllimlərin məlumatlılığını artıraraq uşaqların təhlükəsizliyini yüksəldə bilər, eyni zamanda məktəb inzibatçılığı üçün əhəmiyyətli nəzarət vasitəsi rolunu oynaya bilər. Lakin bununla bağlı texniki, hüquqi və maliyyə aspektləri də nəzərə alınmalıdır. Beləliklə, sual yaranır: ölkəmizdə uşaq bağçaları və məktəblərdə mərkəzləşdirilmiş kamera sistemi tətbiq oluna bilərmi və bunun üçün hansı addımlar atılmalıdır?
Uşaq bağçaları və məktəblərdə təhlükəsizlik: Mərkəzləşdirilmiş kamera sistemi ölkəmizdə tətbiq oluna bilərmi?Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəblərdə mərkəzləşdirilmiş kamera sistemi dedikdə, Bakı məktəblərinin 99%-də, bağçalarda da eyni ilə kamera sistemi var. Kamera sistemi hər şeyi həll etmir axı? Əgər nəzarət yoxdursa, kamera sisteminin nə faydası var? Onun sözlərinə görə, ümumiyyətlə məktəblərdə mühafizə sistemi zəifdir: "İcmanın hesabına bəzi məktəblərdə mühafizə sistemi var. Ancaq konkret olaraq gündüz vaxtı məktəblərdə mühafizə ştatı yoxdur. Adətən yaşlı qadınlar və məktəbin texniki işçiləri qapının ağzında növbə çəkirlər. Bunu bir vahid sistemə salmaq lazımdır. Təhsil Nazirliyi mənasız qrantlara ayırdığı pulu mühafizə sisteminin yaradılmasına ayırsa, min dəfə daha effektli olar. Mənasız layihələrə pul xərcləyirlər. O layihələrin heç bir əhəmiyyəti yoxdur.

Onun əvəzinə hər məktəbə bir mühafizəçi ştatı ayırsalar, ayrılan pullarında bir mahiyyəti olar. Bağçalarda mühafizə sistemi yaxşıdır. Baxçalarda qapalı sistemdir. Yəni müəyyən bir saatdan sonra bağçanın qapısı bağlanır, heç kim bağçaya daxil ola bilmir. Əsas problem məktəblərdədir. Ona görədə məktəblərdə tez-tez insident halları baş verir. Məsələ ondadır ki, istənilən adam məktəbə daxil ola bilib üzərində soyuq silahla şagirdi və başqa şəxsi bıçaqlayırsa görün nə gündəyik? O məktəbin müəllimi və rəhbərliyi hardadır? Niyə istənilən şəxs əl-qolunu sallayaraq məktəbə daxil ola bilir? Əsas problem bundadır. Kamera hadisə baş verdikdən sonra baxılır. Əsas məsələ hadisəni önləmək lazımdır. Hadisəni önləmək üçün kamera lazım deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

03.10.2026 168
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 169
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 123
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.