Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
BiG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.
O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçılmaz olub. Onun çörək zavodunda iş rejimi gecə saat 03:00-dan başlayaraq gündüz saat 12:00-dək olub.
Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.
Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın "Toyota"ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi 77-SJ-148 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" avtomobili ilə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota"nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.
Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Vlada Axundova vaxtilə "Səs Azərbaycan" yarışmasında iştirak etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1133 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 71 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
03.10.2026 168 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 169 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 101 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 123 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 74 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 103