Ülviyyə İlyasova həbs edildi

Ülviyyə İlyasova həbs edildiKosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb.

Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kukla Teatrında yeni təyinat

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. Axşam.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb. Əmrə əsasən, Elnur Abbasquliyev teatrda direktor müavini vəzifəsinə təyinat alıb. E.Abbasquliyev 2021-ci ilin oktyabrından bu təyinatadək Azərbaycan Dövlə

17:26 173
.

Rus ordusu bu iki kəndi işğal edib

Rusiya Silahlı Qüvvələri Ukraynanın daha iki kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Donetsk Qrişino və Xarkovun Veterinarneyo kəndlərini işğal edilib

21:00 1
.

Yeniyetmələr arasında cinayət artımı: qanunvericilik dəyişə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son vaxtlar yeniyetmələr arasında ağır cinayət halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu kimi hadisələr ictimai təhlükəsizlik, ailə nəzarəti və yeniyetmələrin davranışına təsir edən sosial faktorları yenidən gündəmə gətirir. Mövcud qanunvericiliyə əsasən, yetkinli

14:03 277
.

Bakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb

12:55 642
.

Şəhidin atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib. Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonr

12:18 281
.

Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir

15:27 239
.

Süni intellektlə təxribat törədənlər həbs olunacaq

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasını

13:33 251
.

"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar

"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: 25"

12:52 270
.

Sabah 22° isti olacaq

Aprelin 22-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal

13:35 287
.

TOP MP3