"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - Şikayət

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - ŞikayətUzun illərdir tikinti şirkətləri ilə vətəndaşlar arasında bağlanan müqavilələrin icra olunmaması ilə bağlı narazılıqlar davam edir. İnsanlar halal evlərini ala bilmir və məhkəmə çəkişmələrində qalırlar. Ən acınacaqlı hal budur ki, məhkəmələr vətəndaşların xeyrinə qərar versələr belə, onların icrası mümkün olmur.

Belə bir haqsızlıqla üzləşənlərdən biri də Abşeron rayonu, Xırdalan şəhər sakini Cahangir Xalıqovdur.

Redaksiyaya müraciət edən şikayətçi Cahangir Xalıqov bildirib ki, hələ 2008-ci ildə ailəsinə məxsus olan Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvanında yerləşən 34 sot torpaq sahəsini çoxmərtəbəli bina tikilməsi məqsədilə "Hasil" MMC-yə müqavilə əsasında verib. Onun sözlərinə görə, həmin dövrdə şirkətin təsisçisi Elman Tağıyev ilə bağlanan razılaşmaya əsasən, torpaq sahəsinin qarşılığında ona 5 yaşayış mənzili və 1 qeyri-yaşayış sahəsi verilməli idi.

Şikayətçi qeyd edir ki, tikinti işləri başladıqdan bir müddət sonra layihəni həyata keçirən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Daha sonra çoxsaylı vətəndaşın müraciəti əsasında tikinti prosesi müxtəlif şəxslərə həvalə edilsə də, onların da fəaliyyəti uğursuz olub və nəticədə tikinti bir neçə dəfə yarımçıq qalıb.

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - ŞikayətCahangir Xalıqov əlavə edib ki, sonradan məsələ hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə tanınmış iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova həvalə edilib. Onun sözlərinə görə, bu zaman əvvəlki müqavilənin şərtlərinin dəyişdirilməsi təklif olunub: "Bizə bildirildi ki, müqavilə üzrə nəzərdə tutulan 6 əmlakdan ikisindən imtina edək və əvəzində 4 mənzil götürək. Lakin biz bununla razılaşmadıq".

Şikayətçi əlavə edir ki, məsələ ilə bağlı 2024-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun xeyrinə qərar çıxarıb və müqavilə şərtlərinin icra olunmasını tələb edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

Buna baxmayaraq, vətəndaş iddia edir ki, bu günə qədər məhkəmə qərarları icra olunmayıb: "Artıq 18 ildir ki, mənə çatmalı olan 5 mənzil və 1 qeyri-yaşayış sahəsini ala bilmirəm. Qarşı tərəf müxtəlif yollarla prosesi uzadır və qərarın icrasından yayınır".

Hazırda həmin torpaq sahəsinin bazar dəyəri milyonlarla manat təşkil edir və ona təklif olunan variantlar real dəyərdən xeyli aşağıdır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyinə gəlincə, "Şərur" MTK "Hasil" MMC ilə hər hansı bağlılığının olmadığını açıqlayıb. Bildirilib ki, onlar yalnız hüquq-mühafizə orqanlarının təqdim etdiyi siyahı əsasında zərərçəkmiş şəxslərin yaşayış sahələri ilə təmin olunmasını üzərinə götürüb. Eyni zamanda qeyd olunub ki, təqdim edilən siyahıya yalnız yaşayış sahələri daxildir və qeyri-yaşayış obyektləri bu siyahıya daxil edilməyib. Şirkət nümayəndələrinin sözlərinə görə, Cahangir Xalıqova bu barədə dəfələrlə məlumat verilib.

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - ŞikayətƏslində "Hasil" MMC-nin problemləri rəsmi olaraq "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundova həvalə olunub. Yəqin ki, bu işlərin müqabilində ona dövlət səviyyəsində hansısa dəstəklər də verilib. Eyni zamanda ortada məhkəmə qərarı var qərarlar dövlət adından çıxarılır. Bütün hallarda "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov məhkəmə qərarını icra etməlidir və vətəndaşın haqqı qaytarılmalıdır.

Amma hələ də məsələ açıq qalır və vətəndaş müvafiq qurumlardan məhkəmə qərarlarının icrasının təmin olunmasını tələb edir. Məhkəmə icraçıları ilə bu prosessi həll edə bilmir. Görünür, burda da bir əmma var.

Məsələ ilə bağlı hüquqşünas Hüseyn Quliyevin fikirlərini bölüşərək deyib ki, bu kimi hallarda vətəndaşın hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsi ilə qorunur: "Bağlanmış müqavilə hüquqi qüvvəyə malikdir, məhkəmə tərəfindən təsdiqlənmiş qərarlar isə icra olunmalıdır".

O, əlavə etdi ki, vətəndaş Cahangir Xalıqov artıq bütün məhkəmə instansiyalarından öz xeyrinə qərar alıb və icraedici sənəd əsasında onun mənzil və qeyri-yaşayış sahələrinə dair hüquqları təmin edilməlidir: "Qarşı tərəfin qərarın icrasından yayınması qanunsuzdur və məcburi icra tədbirləri tətbiq olunmalıdır. Bütün hallarda məhkəmənin qərarı icra olunmalıdır. Praktiki baxımdan bu, İcra məmurları vasitəsilə məhkəmə qərarının icrası, əmlakın çatdırılması və ya əvəzində dəyərinin ödənilməsi ilə tənzimlənməlidir. Əgər qərar icra olunmazsa, vətəndaş İcra Məhkəməsinə müraciət edərək məcburi icra tədbirlərinin gücləndirilməsini tələb edə bilər. Vətəndaşın hüquqlarının qorunması dövlət tərəfindən təmin olunmalı və heç bir tikinti şirkətinə və ya fərdi şəxslərə bu hüququ pozmaq imkanı verilməməlidir".

Əmlak eksperti Aydın Həsənov da bildirdi ki, əmlak hüquqları baxımından bu vəziyyət ciddi problem yaradır: "Torpaq sahəsi müqaviləsi ilə verilmiş əmlakın qarşılığında vətəndaşın almalı olduğu mənzil və qeyri-yaşayış sahələrinin verilməməsi onun qanuni əmlak hüquqlarının pozulması deməkdir".

Ekspert əlavə etdi ki, yalnız məhkəmə qərarının icrası vacib deyil, həm də əmlakın bazar dəyərinin itirilməməsi üçün qanuni qiymətləndirmə aparılmalı və dəyər fərqi kompensasiya edilməlidir: "Vətəndaş yalnız mənzilləri qəbul etməklə kifayətlənməməli, həm də müqavilənin icrası zamanı hər hansı gecikmə və ya əlavə zərər halında hüquqi yollarla kompensasiya tələb etmək hüququna malikdir".

Qeyd edək ki, "Hasil" MMC-nin əməllərindən zərər çəkən ümumi şikayətçi sayı 279 nəfər olub. "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov bu şikayətçilərdən 100 nəfərinə 1 kvadratmetr üçün 300 manatdan hesablayaraq pullarını geri qaytarıb. Bu məbləği insanlar qəbul etməyə məcbur olublar, halbuki bu gün "Şərur" MTK binanın 1 kvadratmetrini 1300-1500 manat arasında satışa çıxarır.

"Şərur MTK"nın rəhbəri "Şərurlu İsfəndiyar" məhkəmə qərarlarını niyə icra etmir? - ŞikayətHazırda "Hasil" MTK-nın yarımçıq qalmış binasını Şərurlu İsfəndiyar tamamlayıb. Bina yaşayış üçün tam hazır vəziyyətdədir və satışı davam edir. Lakin köhnə müqavilələrdən qurtulmaq üçün binanın tikinti planı dəyişdirilib.

Binadakı otaqların ölçüləri fərqli layihəyə uyğunlaşdırılıb, və bina ilkin layihə əsasında deyil, başqa bir layihə üzrə tikilib. Nəticə etibarilə, bu gün əlində müqaviləsi olan və evini tələb edənlərin əlindəli müqavilə ilə binanın hazırki layihəsi uyğun gəlmir. Bu isə "Şərur" MTK-nın vəziyyətdən "qalib" çıxmasına imkan verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1234   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10.10.2026 166
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10.10.2026 177
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10.10.2026 163
.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

10.10.2026 199
.

ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib

ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d

10.10.2026 134
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 185
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

10.10.2026 287
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 172
.