Taksilərin qiyməti qalxır - Vaxt AÇIQLANDI
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası"nda dəyişikliklər olunub. Yeni qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1,5 əmsalı tətbiq ediləcək.
Bəs görəsən, bu əmsal taksi ilə sərnişin daşımalarda qiymətlərin bahalaşmasına səbəb olacaq?
İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, taksilərin qiymətində cuzi də olsa artım olacaq:
"Yeni qərara əsasən taksi minik avtomobillərinin icbari sığortasına bir illik üçün 1,5 əmsal tətbiq olunması bu sektorda müəyyən qədər də olsa qiymət artımına səbəb olacaq. Əslində məbləğ bir o qədər də yüksək deyil, lakin cüzi də olsa tariflərdə artım müşahidə ediləcək.
Hansı tarixdən etibarən vətəndaşların bu artımla qarşılaşmasına qaldıqda isə əsasən növbəti aylardan artım gözlənilmir. Məlumdur ki, bu bazarda da tələb və təklif amili var. Həm fəsil ilə əlaqədar olaraq tələbin düşməsi, daha sonra isə tədris müəssisələrində dərslərin yekunlaşması ilə əlaqədardır. Hətta yay aylarına doğru şirkətlər müəyyən kampaniya və güzəştlər edib qiymətləri aşağı endirə bilər.
Gündəlik arenda xərcləri, amortizasiya, sürücünün məvacibi, operator xərcləri, ən əsas da yay aylarında sürücü çatışmazlığı qiymətlərə təsir göstərir.
Sığorta haqqının yüksəldilməsinə qaldıqda isə sıravi vətəndaşın istifadə etdiyi avtomobillə, gəlir əldə edən taksi üçün fərq olmalı idi. Düşünürəm ki, müddətli güzəşt və ya endirimli əmsal tətbiqi daha uyğundur.
Əgər müəyyən dönəmdə tələb təklifi üstələyirsə, bu o demək deyil ki ,bütün il boyu taksiyə ehtiyac var, il boyu gəlirləri var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1040 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 110 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka
03.10.2026 143 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 99 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
03.10.2026 138 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
03.10.2026 326 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 74 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
03.10.2026 150