Trampdan yeni bəyanat: "İrandan çıxmayacağıq" - POLİTOLOQDAN AÇIQLAMA

Trampdan yeni bəyanat: "İrandan çıxmayacağıq" - POLİTOLOQDAN AÇIQLAMAABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir vaxtda, Donald Tramp-ın son açıqlamaları diqqət mərkəzinə düşüb. Daha əvvəl İranla bağlı çıxışlarında ABŞ qüvvələrinin 2-3 həftə ərzində bölgədən çıxacağını istisna etməyən Tramp, bu dəfə fərqli mövqe sərgiləyib. O, Axios-a verdiyi müsahibədə ABŞ-ın İrandan geri çəkilməyəcəyini bildirib. Bu ziddiyyətli bəyanatlar Vaşinqtonun Yaxın Şərq siyasəti ilə bağlı sualları daha da artırır.
Trampdan yeni bəyanat: "İrandan çıxmayacağıq" - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, Trampın ümumiyyətlə verdiyi bəyanatların hər biri kifayət qədər zidiyyətli xarakter daşıyır və İranla bağlı verilən bəyanatlarada diqqət yetirəndə aydın şəkildə müşahidə etmək mümkündür ki, ilk gündən bu günə qədər müharibənin davamlılığı yada İrana olan tələblərlə bağlı konkret bir fikir ifadə olunmur. Təbiiki nüvə proqramının ləğv olunması, İranda rejim dəyişikliyi, proksi qüvvələrin dəstəklənməməsi bunlar sadalanan əsas tələblər kimi çıxış edir. Amma biz bir neçə gün bundan öncə Trampın sosial şəbəkə hesablarından paylaşımında Hörmüz boğazı açılmasada müharibənin bitmə ehtimalının gündəmdə olduğu ilə bağlı paylaşımı müşahidə etmişdik. Amma ondan sonra davamında Hörmüz boğazının açılması ilə bağlı 48 saat müddətin verilməsi, daha sonra yenədə bu müddətin uzadılması və 8 Aprel tarixinə qədər əgər Hörmüz boğazı açılmasa İrana zərbələrin endiriləcəyi ilə bağlı təhdidləri müşahidə edirik. Daha öncədə də bu təhdidlər səsləndirilmişdi və düşünürəm ki, heç bir halda istisna edilmir. İranın elektrik enerjisi ilə bağlı olan bütün mərkəzlərinin vurulması və eyni zamanda nüvə mərkəzlərinin vurulması ilə bağlı olan təhdidlərin reallaşdırılması o deməkdir ki, bütövlükdə İranda rejim dəyişikliyinə getmədən müharibənin sonlandırılması planlaşdırılmır. Onun sözlərinə görə, buda ABŞ-ın daha çox İsrailin əsas hədəflərindən biri kimi xarakterizə oluna bilər: "Düşünürəm ki, danışıqlar prosesində İrana qarşı hər hansı bir təzyiq mexanizmi olmadığı üçün hərbi əməliyyatların daha sürətli və intensiv xarakter alacağı bir mərhələ ilə müharibəni başa çatdırmağı planlaşdırır Tramp administrasiyası. Çünki ABŞ üçün kifayət qədər böyük bir nüfuz itkisidir. Həttda ikinci Vietnam hadisəsi olaraqda dəyərləndirilir və Vietnamda baş verən məğlubiyyətlə müqayisə olunmağa başlanılıb.

Amerika kimi kifayət qədər ambidsional hədəfləri olan qlobal aktorun İran qarşısında belə bir çıxılmaz vəziyyətdə qalması Tramp administrasiyası üçündə seçki öncəsi dönəmdə ciddi mənfi nəticələri özündə ehtiva edir. Məhz bu təhdidlərin arxasında bu məqamlarında kifayət qədər təsiredici faktor olduğunu istisna etməmək lazımdır. Düşünürəm ki, elektrik enerjisi ilə bağlı mərkəzlərin vurulması halı real ola bilər və ümumiyyətlə İrana qarşı növbəti zərbələrin həyata keçirilməsi gözləniləndir. Amma nüvə mərkəzlərinin vurulması, bu sadəcə İranı əhatə edə biləcək bir təhdid deyil. Bilirsiz ki, hər hansısa bir sızıntı olduğu halda bunun qarşısının alınması heç bir halda real olmayacaq.

Bu istiqamətdə ABŞ tərəfindən atılacaq addım qlobal məsuliyyət daşıyır. Ona görə ümumiyyətlə İranın nüvə potensialı ilə bağlı dəqiqləşdirmələrin aparılması və bu istiqamətdə konkret məlumatın olmaması bu günə qədər ABŞ-İran-İsrail qarşıdurmasında ən əsas çəkindirici faktorlardan biri olub. Çünki iddialar səsləndirilir qarşılıqlı olaraq və bu iddiaların arqumentlərlə dəstəklənməsi hər hansısa bir formada real hadisələrin əsas təşviqedici amili ola bilər. Yəni İranın nüvə potensialı ilə bağlı ABŞ-ın səsləndirdiyi iddiaları İran təkzib edir və uranın dinc məqsədlər üçün zənginləşdirilməsi ilə bağlı olan atılan addımları müdafiə edir.

Amma fakt ondan ibarətdir ki, konkret olaraq İranın bu istiqamətdə hansı naliyyətlər əldə etməsi ilə bağlı qlobal sistemdə yetəri qədər informasiya yozdur. Ona görədə endiriləcək zərbələrin nüvə mərkəzlərindən daha çox enerji mərkəzlərinə və eyni zamanda bir sıra strateji mərkəzləri hədəf alacağını düşünürəm. Bu yolla İranı geri addım atmaq, çəkindirmək və danışıqlar prosesinə geri qaytarmaq hədəflənir və nə qədər real olacaq bunu zaman göstərəcək. Amma hər bir halda proseslər kifayət qədər çox fəlakətli nəticələri özündə ehtiva edəcək istiqamətdə cərəyan edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 110
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

03.10.2026 143
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 99
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

03.10.2026 138
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.