Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilirAzərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir.
İkitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin aprelin 6-da qonşu ölkəyə dövlət səfəri, liderlərin mətbuata birgə bəyanatında xüsusi yer tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq idi. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə yönəlməsini stimullaşdırır. Gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da gücləndirə bilər.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir.
Görünən budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa ilə Asiya arasında əsas nəqliyyat körpüsünə çevirir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq "əsas nəqliyyat damarı" funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri - dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan iqtisadiyyatına ciddi töhfələr verir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Layihə çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu genişləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir.
Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur. Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər qtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir.
Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir.
Keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdırlar. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.