Zəhərlənən uşaqlardan ikisi dövlət müəssisəsinə veriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
Bu barədə "Qafqazinfo"ya Sumqayıt Şəhər İcra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, məsələ icra hakimiyyəti tərəfindən diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb: "Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.
Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilib, mənzil-məişət şəraiti yerində qiymətləndirilib. Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək".
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Xatırladaq ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi - 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Hazırda xəstəxanada müalicə alan 5 uşaqdan üçünün vəziyyəti ağırdır. Uşaqlardan birinin həyatını itirməsindən sonra onların atası Kamil Cəbrayılov "TikTok" platformasında canlı yayım açıb. Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə yol açıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 259 Müharibədən sonra 400-dən çox adam minaya düşüb
İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma
14.08.2026 197 Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı
Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof
14.08.2026 210 Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə
14.08.2026 281 Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video
Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər
14.08.2026 327 İnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14.08.2026 222 "Avroviziya"nın qaydaları dəyişdirildi
"Avroviziya" mahnı müsabiqəsinin qaydaları dəyişdirilib. xarici mediaya istinadla xəbər veri ki, yeni qaydalara əsasən, silahlı münaqişədə iştirak edən ölkə müsabiqənin qalibi olarsa, növbəti il "Avroviziya"nı öz ərazisində keçirə bilməyəcək. Yeni qaydaya görə, qalib ölkədə və y
14.08.2026 216 İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?
"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs
14.08.2026 215 Ağdamda da yanğın başladı - Video
Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya
14.08.2026 255