Məişət zorakılığına qarşı sərt addımlar: Cəzalar artırılmalı, İstanbul Konvensiyası gündəmdə - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Məişət zorakılığına qarşı sərt addımlar: Cəzalar artırılmalı, İstanbul Konvensiyası gündəmdə - HÜQUQŞÜNASDAN AÇIQLAMAÖlkədə məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur və bu istiqamətdə daha sərt hüquqi tədbirlərin görülməsini zəruri edir. Mövcud reallıq göstərir ki, bu tip cinayətlərə görə cəzaların ağırlaşdırılması artıq alternativ yox, zərurətə çevrilib. Bununla yanaşı, beynəlxalq təcrübə də sübut edir ki, qadınlara qarşı zorakılıqla mübarizədə kompleks yanaşma - həm cəza mexanizmlərinin sərtləşdirilməsi, həm də beynəlxalq hüquqi çərçivələrə qoşulmaq - daha effektiv nəticə verir.

Bu baxımdan, İstanbul Konvensiyası xüsusi əhəmiyyət daşıyır. Avropa Şurası tərəfindən qəbul olunan bu sənəd qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və cinayətkarların cəzalandırılması üzrə ən mühüm beynəlxalq mexanizmlərdən biridir. Hazırda konvensiyanı 39 ölkə ratifikasiya edərək ona tam qoşulub. Bununla yanaşı, bir sıra dövlətlər sənədi imzalasa da hələ ratifikasiya etməyib.

Qeyd edək ki, Azərbaycan isə bu konvensiyanı hələ nə imzalayıb, nə də ratifikasiya edib. Buna baxmayaraq, hüquqi baxımdan ölkənin gələcəkdə bu sənədə qoşulmaq imkanı mövcuddur. Bu reallıqlar fonunda ölkədə məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, cəzaların sərtləşdirilməsi və beynəlxalq təcrübəyə uyğun addımların atılması məsələsi daha da аktual xarakter alır.
Məişət zorakılığına qarşı sərt addımlar: Cəzalar artırılmalı, İstanbul Konvensiyası gündəmdə - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə İstanbul Konvensiyası biraz tərəddüdlü sənədlərdən biridir və dövlətlərin bir çoxu bu konvensiyanı qəbul etməkdə maraqlı deyillər. İstanbul Konvensiyasının şərtləridə ağırdır. Mən hesab edirəm ki, dövlət proflaktik tədbirlər görməlidir. Onun sözlərinə görə, məhz qadınlara qarşı zorakılığın qadağan olunması ilə bağlı məişət zorakılığı, o cümlədən bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən Ombudsman Aparatına hesab edirəm ki, kifayət qədər geniş səlahiyyətlər, monitorinq səlahiyyətləri vermək lazımdır: "Eləcədə bu istiqamətdə pozuntuların araşdırılması üçün daxili işlər orqanlarına ciddi diqqət olunmalıdır. Yəni onların işləri kifayət qədər ciddi şəkildə təftiş olunmalıdır. Bundan əlavə bu araşdırmaların aparılması ilə bağlı mütləq qaydada şəffaflıq olmalıdır. Mən hesab edirəm ki, bu təkcə monitorinq və cəza tədbirlərinin həyata keçirilməsi ilə olmamalıdır.

Yəni burda ciddi maarifləndirici işlər aparılmalıdır və dövlət bu məsələdə layihələrin icra olunması üçün qeyri hökümət təşkilatlarına maliyyələr ayırmalıdır. QHT-lərin işləməsini təmin etməlidir. Ancaq bu şəkildə biz ölkədə qadın cinayətlərinin, o cümlədən qadınlara yönəlik zorakılıqların qadağan olunmasına nail ola bilərik. Sırf İstanbul Konvensiyasına gəldikdə isə bildiyiniz kimi Türkiyə İstanbul Konvensiyasını ratifikasiya edib, sonradan bu konvensiyanı imzalamaqla qüvvədən düşdüyünü bəyan eliyən ölkələrdəndir. İstanbul Konkensiyası kifayət qədər ağır bir konvensiyadır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.