Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMA

Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMASon dövrlər Cənubi Qafqaz regionunda geosiyasi dinamika daha da mürəkkəbləşir və diqqət mərkəzində duran əsas xətt Ermənistan ilə Rusiya arasında artan gərginlikdir. Moskvanın İrəvana "Qərblə Rusiya arasında seçim etməlisiniz" mesajı verməsi, eyni zamanda enerji məsələlərinin siyasi təzyiq alətinə çevrilməsi münasibətlərin əvvəlki strateji müttəfiqlik çərçivəsindən uzaqlaşdığını göstərir. Ermənistan tərəfinin isə qaz qiymətlərinin artırılacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlardan çıxmaq ehtimalını gündəmə gətirməsi vəziyyətin nə qədər ciddi olduğunu ortaya qoyur. Bu fonda Ermənistanın xarici siyasət kursunu yenidən müəyyənləşdirməyə çalışdığı görünür.

Eyni zamanda, regionda başqa bir diqqətçəkən məqam isə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nisbi istiləşmə siqnalları verməsidir. Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən səsləndirilən "Azərbaycanın təhlükəsizliyinin qarantı Ermənistandır, Ermənistanın təhlükəsizliyinin qarantı isə Azərbaycandır" fikri regionda yeni yanaşmanın formalaşa biləcəyinə işarə kimi qiymətləndirilir. Bütün bu proseslər fonunda həm Rusiya-Ermənistan münasibətlərində yaranan çatlar, həm də Bakı-İrəvan xəttində müşahidə olunan yumşalma regionun gələcək siyasi və təhlükəsizlik arxitekturasının yenidən qurula biləcəyini göstərir. Bu isə sual yaradır: Cənubi Qafqaz yeni əməkdaşlıq mərhələsinə keçir, yoxsa böyük güclərin rəqabət meydanına çevrilməkdə davam edəcək?
Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd edək ki, Rusiya ilə Ermənistan arasında olan gərginlik artıq uzun müddətdir müşahidə olunur və Ermənistanın Qərb yönümlü siyasəti, Avropaya inteqrasiya meylləri Rusiya tərəfindən heç vaxt birmənalı şəkildə qarşılanmayıb. Putin-Paşinyan görüşündə də açıq şəkildə ifadə olundu ki, Avropa İttifaqında və Avrasiya İqtisadi Birliyində eyni anda təmsil olunmaq mümkün deyil. Təbiiki iki qütbü təmsil edən, iki fərqli platformada eyni anda təmsil olunmaq hər hansısa bir dövlət üçün mümkün hesab edilə biləcək bir yanaşma deyil və ona görədə bu istiqamətdə Ermənistanın birmənalı şəkildə seçim etməsi mütləqdir. Ya Avrasiya İqtisadi Birliyindən birmənalı şəkildə çıxıb, Avropa İttifaqına üzvlüklə bağlı prosesi sonlandırmaq istiqamətində addımlar atmalıdır. Yada Avropaya inteqrasiya prosesi konkret olaraq iki tərəfli və çox tərəfli münasibətlərin inkişaf etdirilməsi əsasında davam edərək, Avrasiya İqtisadi Birliyində varlığını qorumaqla bu istiqamətdə əməkdaşlığı davam etdirməlidir. Onuda nəzərə almaq lazımdır ki, uzun müddətdir Rusiya Avrasiya İqtisadi Birliyində üzvlük məsələsini Ermənistan üzərində təzyiq vasitəsi olaraq istifadə edir. Onun sözlərinə görə, həttda səsləndirilən statistik informasiyalarda onu deməyə əsas verir ki, 80% nisbətində ticarət dövriyyəsi və ümumiyyətlə iqtisadi maraqları Avrasiya İqtisadi Birliyindən asılıdır Ermənistanın və bu nisbətdə atacağı addımlara alternativ hər hansısa bir axtarışın olması Ermənistan üçün ciddi nəticələr yarada bilər: "Digər tərəfdən isə Ermənistanın Qərbyönümlü siyasətinin Rusiya tərəfindən hər hansısa bir formada aqressiv ritorika ilə qarşılaşması ümumiyyətlə post sovet məkanında Rusiyanın ortaya qoyduğu yanaşmalar onu deməyə əsas verir ki, Rusiya hələdə imperiya təfəkküründən çıxış etməyə çalışır və dövlətlərin daxili işlərinə qarışmaq və eyni zamanda onların xarici siyasət kursunun müəyyənləşdirilməsi istiqamətində bütün mümkün müdaxilə mexanizmlərindən istifadə etmək Rusiya üçün "məqbul" hesab edilən yanaşmalardan biridir. Təbiiki dövlətlərin buna münasibəti tamamilə fərqlidir. Hər hansısa bir formada Azərbaycanla olan münasibətlərində Rusiya diktə dili danışa bilməz və Azərbaycanın xarici siyasət konsepsiyası və prioritetləri ilə bağlı yönverici bir təsir mexanizminə sahib deyil.

Amma təssüflər olsun ki, Ermənistan hər hansısa bir formada Rusiyadan birbaşa bu istiqamətdə uzaqlaşmaq, yadaki Rusiya ilə münasibətlərini konkret suveren əsaslarda formalaşdırmaq potensialına və resurslara indiki məqamda sahib deyil. Çünki Rusiyanın hərbi bazası Ermənistan ərazisində yerləşir. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bir çox istiqamətdə Rusiyanın Ermənistan ərazisindəki hərbi, siyasi və iqtisadi dayaqları hələdə yetəri qədər təsir mexanizmlərinə sahibdir. Ona görədə düşünürəm ki, Ermənistanın atacağı addımlar belə bir həssas məqamda götürdüyü öhdəliklər nisbətində kifayət qədər ehtiyatlı olmalıdır və Rusiya ilə münasibətlərin nə sülh prosesinə, nədəki Ermənistanın xarici siyasət konsepsiyasındakı suveren yanaşmalarına zərbə vurmasına icazə verməməlidir. Ermənistan-Azərbaycan münasibətləri son zamanlarda kifayət qədər müsbət çalarlarda inkişaf etməyə davam edir və müşahidə olunan odur ki, Ermənistan tərəfi nəhayət ki, götürdüyü öhdəlikləri yerinə yetirilməsi və Azərbaycanın ortaya qoyduğu sülh gündəliyi istiqamətində sülh danışıqlarının uğurlu şəkildə davam etdirilməsinin mümkünlüyü və onun Ermənistan üzərindəki müsbət nəticələrini real şəkildə qəbul etməyə başlayıb.

Biz artıq iki tərəfli əsasda davam eliyən sülh danışıqları prosesinin uğurlu şəkildə son mərhələyə daxil olduğunu aydın olaraq ifadə edə bilərik. Çünki artıq 17 bənd üzrə sülh müqaviləsi paraflanıb. Eyni zamanda 8 Avqust tarixində imzalanmış üçtərəfli birgə bəyanatlar, kommunikasiya xəttlərinin açılması ilə bağlı yetəri qədər razılıqlar əldə olunub. Qarşılıqlı olaraq vətəndaş cəmiyyəti üzvlərinin səfərləri təşkil olunur, Azərbaycan üzərindən Ermənistana uçuşların həyata keçirilməsi üçün hava məkanı açılıb. Eyni zamanda üçüncü dövlətlərin Azərbaycan üzərindən Ermənistana məhsullarını daşıması üçün şərait yaradılıb və nəhayət Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyində kifayət qədər önəmli addımlar ataraq xoş niyyət nümayiş etdirib. Düşünürəm ki, bu istiqamətdə ortaya qoyulan yanaşmalar təbii olaraq siyasi münasibətlərin və eyni zamanda iqtisadi və bir çox strateji istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsi üçündə zəmin yaradır. Simonyanın son bəyanatlarıda onu deməyə əsas verir ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və hər hansısa bir iddianın səsləndirilməməsi ilə bağlı konkret və aydın mövqelər nümayiş etdirilməyə başlayıb. Həttda jurnalistlərin "Arsax" ifadəsini işlətməsi və Simonyanın onlara irad bildirərək Qarabağın Azərbaycanın torpaqları olduğunu və Azərbaycanın ərazi bütövlüyü daxilində tanındığını xatırlatması onu deməyə əsas verir ki, sülh gündəliyi ilə bağlı olan məsələlərdə ciddi irəliləyişlər var və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konstitusiyaya müvafiq dəyişikliklərdə yaxın perspektivdə həyata keçirilə bilər.

Bundan sonrakı mərhələdə biz nəhayətki sülh müqaviləsinin imzalanmasına və iki dövlət arasında sülh prosesinin uğurlu şəkildə yekunlaşmasından danışa bilərik. Düşünürəm ki, Ermənistan-Azərbaycan-Gürcüstan arasında münasibətlərin kifayət qədər möhkəm əsaslarda inkişaf etdirilməsi və qarşılıqlı inteqrasiya prosesinin sürətləndirilməsi, digər regional və qlobal aktorların regionla bağlı məkrli niyyətlərinin qarşısını ala biləcək və hər hansı bir formada təzyiq mexanizmlərinin olmasına mane ola biləcək ən əsas istiqamətlərdən biridir. Azərbaycanın əsas hədəfidə budur. Yeni regional münasibətlər sistemində qarşılıqlı, möhkəm, siyasi, iqtisadi və eyni zamanda bütün strateji istiqamətlər üzrə əlaqələrin qurulması və regional dövlətlərin sülh və sabitliklə bağlı ortaq yol xəritəsinin, ortaq yanaşmalarının formalaşdırılmasıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 259
.

Müharibədən sonra 400-dən çox adam minaya düşüb

İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma

14.08.2026 197
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

14.08.2026 210
.

Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

14.08.2026 281
.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14.08.2026 327
.

İnstaqram 10 il sonra loqosunu dəyişdi

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz

14.08.2026 222
.

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya" mahnı müsabiqəsinin qaydaları dəyişdirilib. xarici mediaya istinadla xəbər veri ki, yeni qaydalara əsasən, silahlı münaqişədə iştirak edən ölkə müsabiqənin qalibi olarsa, növbəti il "Avroviziya"nı öz ərazisində keçirə bilməyəcək. Yeni qaydaya görə, qalib ölkədə və y

14.08.2026 216
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 215
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 255
.

TOP MP3