Pulun təhlükəsizliyi: vətəndaşlar yığımlarını harada saxlamalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Pulun təhlükəsizliyi: vətəndaşlar yığımlarını harada saxlamalıdır? - İQTİSADÇIDAN AÇIQLAMAMüasir dövrdə vətəndaşların maliyyə təhlükəsizliyi ən aktual məsələlərdən birinə çevrilib. İqtisadi dalğalanmalar, bank sektorunda baş verən dəyişikliklər və inflyasiya riskləri insanların "pulumuzu harada saxlayaq?" sualını daha tez-tez verməsinə səbəb olur. Xüsusilə son illərdə müxtəlif ölkələrdə bank iflasları, valyuta dəyərsizləşməsi və maliyyə böhranları vətəndaşların yığımlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

İnkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ və Avropa Birliyi məkanında vətəndaşların əmanətlərini qorumaq üçün sığorta mexanizmləri, şəffaf bank sistemi və alternativ investisiya alətləri geniş yayılıb. Bu isə insanlara seçim imkanı verir və maliyyə risklərini bölüşdürməyə şərait yaradır. Azərbaycanda isə vətəndaşların maliyyə savadlılığı, banklara olan etimad səviyyəsi və alternativ yığım vasitələri ilə bağlı məlumatlılıq hələ də müzakirə mövzusudur. Nəticədə bir çox insan pulunu nağd şəkildə saxlamağa üstünlük verir ki, bu da həm təhlükəsizlik, həm də gəlir baxımından ciddi risklər yaradır. Mövcud şəraitdə vətəndaşların yığımlarını harada və necə saxlamalı olduqları sualı getdikcə daha böyük aktuallıq qazanır.
Pulun təhlükəsizliyi: vətəndaşlar yığımlarını harada saxlamalıdır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, indiki qeyri-müəyyən dövrdə insanlar əldəki kapitalı saxlamaq üçün ciddi problemlərlə üzləşirlər. Ən etibarlı valyuta indiyədək dollar idi. İndi artıq dollarında dünyada silkələnməsi, dollarında ucuzlaşması yəni inflyasiyaya uğraması prosesi gedir. Onun sözlərinə görə, Amerika valyutasının dünya valyutası rolunda artıq alternativlərinin çıxması tendensiyasını izləyirik: "İndiki dövrdə bir qədər konkret danışsaq insanların kapital kimi əlində pulunu saxlaması üçün ən yaxşı vəsait qızıldır. Düzdür 1 həftə-10 gün əvvəl qızılın qiymətində ucuzlaşma baş versədə, lakin yenidən qızıl bahalaşdı. Yəni qızılın bu cür qısamüddətli ucuzlaşması mümkündür.

Amma ümumilikdə dünyada nə qədərki geosiyasi və iqtisadi qeyri-müəyyinlik var, yəni böhran hiss olunur qızılın bahalaşması davam edəcək. Qızılın qısamüddətli ucuzlaşmasının səbəbi ondan ibarət oldu ki, Hörmüz boğazı bağlandı və Körfəz ölkələri eləcədə digər ölkələr likvidlik problemi yaşadı. Yəni onların ölkələrində həyatı təmin etmək üçün valyutaya ehtiyac var və bu valyuta ehtiyacı ödənilmədiyinə görə, qızılı dünya bazarına kütləvi şəkildə çıxartdılar, nəticədə təklifin artması qızılın qiymətini qısa müddətdə ucuzlaşdırdı. Həttda həmin dövrdə, yəni müharibə başlayandan bəri qardaş Türkiyə belə 60 ton qızıl satışa çıxardıb, valyuta əldə etdi. Yəni bu cür hadisələr müəyyən mərhələdə qısa müddətli qızılın qiymətinin ucuzlaşmasına və ya sabitləşməsinə şərait yarada bilər. Amma bu insanları, kapital sahiblərini aldatmamalıdır. Nə qədərki dünyada qeyri-müəyyənlik var qızıl öz qiymətini saxlayacaq və davamlı olaraq bahalaşacaq.

Ona görədə hal-hazırda böyük kapitalın uzun müddətli ən etibarlı limanı qızıldır. Digər metallarda müəyyən etibara malikdir, amma qızıl qədər etibara malik deyil. Digər tərəfdən qısa müddətli dönəmdə, yəni Azərbaycanda əlində sərbəst vəsaiti olan şəxslərin vəsaitlərini depozitə qoyması mümkündür. Bundan başqa dollar şəklində saxlamaq hələdə etibarlıdır. Çünki dolların alternativlərinin yaranması üçün hələ uzun müddət proses getməlidir. Amma qısa müddətli mərhələdə, yəni 1-2 il ərzində vəsaitlərin dollarda saxlanılması etibarlıdır. Eyni zamanda manatda, avroda da saxlanıla bilər.

Çünki manatın məzənnəsi qısa zamanda inanmıram ki, dəyişsin. Yəni manatın ucuzlaşması prosesi yaxın dönəmdə gözlənilmir. Yəni Azərbaycan vətəndaşları əllərində olan vəsaitlərinin gəlir gətirməsini hədəfləyirlərsə, depozitə qoya bilərlər. Onlar vəsaitlərini müxtəlif valyutalarda saxlaya bilərlər. Əgər bir qədər uzun müddət saxlamaq lazımdırsa, avroda, dollarda, manatda, həttda yuanda və rus rublunda belə vəsaitləri 2-3 il ərzində saxlamaq üçün yerləşdirmək mümkündür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

03.10.2026 141
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 169
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

03.10.2026 137
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 322
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 166
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

03.10.2026 152
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

03.10.2026 166
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 166
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 169
.