Politico: Demokratlar Hakimiyyətdə Olsaydı, Avropa ABŞ-ı Dəstəkləyərdi - POLİTOLOQDAN AÇIQLAMA

Politico: Demokratlar Hakimiyyətdə Olsaydı, Avropa ABŞ-ı Dəstəkləyərdi - POLİTOLOQDAN AÇIQLAMAABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini, xüsusilə Böyük Britaniya və Fransanı, İranla davam edən müharibədə Vaşinqtonun çağırışlarına cavab verməməkdə sərt şəkildə tənqid edib. Tramp sosial media paylaşımında Britaniyanı İranla mübarizədə iştirak etməməkdə, Fransanı isə İsrailə gedən hərbi təchizat təyyarələrinin hava məkanından keçməsinə icazə verməməkdə ittiham edib və "öz neftinizi özünüz əldə edin" kimi sərt ifadələr işlədib, Avropa liderlərini dəstəyi artırmağa çağırıb. Eyni vaxtda beynəlxalq mətbuatda yer alan təhlillərdə, məsələn Politico analitikləri bildirirlər ki, əgər demokratlar ABŞ-da hakimiyyətdə olsaydı, transatlantik münasibətlər və İran müharibəsi ilə bağlı Avropa müttəfiqlərinin dəstəyini əldə etmək daha mümkün olardı.

Onların arqumentinə görə, demokrat administrasiyalar ənənəvi olaraq çoxpartiyalı diplomatiya və kollektiv təhlükəsizlik platformaları üzərindən müttəfiqlərlə daha sıx koordinasiya aparırlar və bu da Avropa liderlərinin ABŞ-ın yanaşmasını daha rahat qəbul etməsinə şərait yarada bilərdi - xüsusilə belə mürəkkəb bir münaqişədə. Bu iki baxış arasındakı fərq transatlantik siyasətdə ciddi debatlara səbəb olur - bir tərəfdə Vaşinqtonun müttəfiqlərindən daha fəal hərbi və strateji dəstək tələb etməsi, digər tərəfdə isə Avropa liderlərinin diplomatikanı və regionun sabitliyini prioritet hesab etməsi kimi qarşıdurmalar getdikcə daha açıq şəkildə ortaya çıxır.
Politico: Demokratlar Hakimiyyətdə Olsaydı, Avropa ABŞ-ı Dəstəkləyərdi - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ-da demokratların və respublikaçıların hakimiyyətdə olduğu dövrdə strateji hədəflərdə fərqliliklər olmasada, taktiki olaraq atılan addımlarda ziddiyyətlər və ciddi fərqlər aydın şəkildə müşahidə edilir. Xüsusi ilədə Rusiya-Ukrayna müharibəsinə münasibətdə ortaya qoyulan mövqe və Avropa dövlətləri ilə yaranmış böhran buna bariz nümunədir. Düşünürəm ki, indiki mərhələdə Tramp admistrasiyası hakimiyyətdə olamasaydı və hər hansısa bir formada demokratların təmsil olunduğu yeni bir admistrasiya hakimiyyətdə olsaydı, yada Bayden admistrasiyasının davamı Kamala Harrisin seçkilərdə qalib gəldiyi fərziyyəsi irəli sürülsə, bu ehtimal əsasında İranla münasibətlər bu həddə çatmaya bilərdi. Çünki İranla böhranlı münasibətlər kifayət qədər uzun müddətdir davam edir və birbaşa hərbi qarşıdurma həddinə çatmamaq üçün düşünürəm ki, ABŞ və İran qarşılıqlı olaraq gərginliyi davamlı xarakter ala biləcək bir mərhələdə saxlamaqla, münasibətlərin tam qırılma nöqtəsinə icazə vermək istəmirdilər. Amma indiki mərhələdə biz aydın şəkildə müşahidə edirik ki, Trampın bəyanatları, eyni zamanda İsrailin atdığı addımlara münasibətdə ABŞ tərəfindən ortaya qoyulan mövqe ciddi ölçüdə İranla olan münasibətləri və ümumiyyətlə Orta Şərq siyasətinin formalaşmasına təsiredici faktorlardan biridir. Onun sözlərinə görə, bu təbii olaraq NATO dövlətləri ilə olan böhranıda dahada dərinləşdirir: "İlk növbədə Rusiya-Ukrayna müharibəsi fonunda NATO dövlətlərinin hər hansısa bir formada ABŞ-ın təhlükəsizlik çətirinə sahib olmadıqları ilə bağlı səsləndirilən fikirlər və bəyanatlar, kifayət qədər demaş xarakterli mövqeyin nümayiş etdirilməsi indiki mərhələdə də Avropa dövlətlərinin qarşılıqlı olaraq ABŞ-ın həyata keçirdiyi addımlara və İrana münasibətdə sərgilədiyi mövqeyə dəstək verməməsi ilə nəticələndi. Qarşılıqli ittihamların səsləndirilməsi hər hansısa bir formada problemlərin həllinə gətirib çıxarda biləcək əsas amil olmasada, düşünürəm ki, indi NATO dövlətləri arasında yaranmış böhran ciddi ölçüdə yeni formalaşacaq beynəlxalq münasibətlər sistemində qütbləşməyədə təsir edəcək əsas fakorlardan biridir.

Çünki uzun illərdir eyni mövqedən çıxış eliyən dövlətlərin biz artıq maraqlarında əsaslı zidiyyətlərin yarandığını və bu zidiyyətlərin gələcəyə yönəlik yeni münasibətlərin formalaşdırılmasında da əsas amil ola biləcəyini aydın şəkildə ifadə edə bilərik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 167
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 143
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

03.10.2026 151
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.