Gizli "Windows" funksiyaları açıqlandı

Gizli "Windows" funksiyaları açıqlandıEkspertlər Windows əməliyyat sistemində işi sadələşdirən və vaxta qənaət etməyə kömək edən gizli funksiyaları açıqlayıblar.

Windows sistemində bir sıra daxili alətlər mövcuddur ki, bir çox istifadəçi illərlə bu sistemdən istifadə etsə də, onlar haqqında məlumatlı deyil. Ekspertlərin sözlərinə görə, bu funksiyalar kompüterdə işi xeyli rahat və effektiv edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bəzi imkanların test mərhələsi, avadanlıq məhdudiyyətləri və ya təhlükəsizlik tələblərinə görə gizli saxlanıldığını bildirirlər. Lakin lazım gəldikdə istifadəçilər bu funksiyaların bir çoxunu özləri aktivləşdirə bilərlər. Belə funksiyalardan biri Windows Sandbox-dur - şübhəli faylları işə salmaq üçün izolyasiya olunmuş mühit. Onu aktivləşdirmək üçün Win + R düymələrini basıb optionalfeatures əmrini daxil etmək, açılan pəncərədə "Windows Sandbox" seçimini işarələmək və sonra kompüteri yenidən başladmaq lazımdır.

Şəxsi məlumatların qorunması üçün qovluqlara giriş nəzarətini aktivləşdirmək olar. Bunun üçün "Parametrlər" bölməsinə daxil olub "Windows Təhlükəsizliyi" hissəsinə keçmək, "Virus və təhlükələrdən qorunma" bölməsini seçmək, "Zərərli proqramlardan qorunma" ayarlarını açmaq və müvafiq funksiyanı aktiv etmək lazımdır. Ehtiyac olduqda etibarlı tətbiqləri də bu siyahıya əlavə etmək mümkündür.

Digər faydalı alət - nüvə izolyasiyasıdır. Bu funksiya sistem üçün əlavə təhlükəsizlik səviyyəsi yaradır. Onu aktivləşdirmək üçün "Parametrlər" → "Məxfilik və təhlükəsizlik" → "Windows Təhlükəsizliyi" → "Cihaz təhlükəsizliyi" → "Nüvə izolyasiyası" bölməsinə keçmək və "Yaddaş bütövlüyü" parametrini aktiv etmək lazımdır.

Çoxlu pəncərə ilə işləməyi asanlaşdırmaq üçün virtual iş masaları funksiyası mövcuddur. Onları yaratmaq üçün Win + Tab düymə kombinasiyasını basaraq "Yeni iş masası" seçimini etmək kifayətdir. Onlar arasında keçid isə Win + Ctrl və sol/sağ ox düymələri ilə həyata keçirilir.

İstifadəçilərə həmçinin pulsuz yayılan PowerToys alətlər paketini quraşdırmaq tövsiyə olunur. Bu paket əlavə funksiyalar təqdim edir, o cümlədən FancyZones - pəncərələri ekranda rahat şəkildə bölüşdürmək üçün vasitə. Onu istifadə etmək üçün PowerToys proqramını işə salmaq, FancyZones funksiyasını aktivləşdirmək və zonaları öz ehtiyaclarınıza uyğun qurmaq kifayətdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 945   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

TOP MP3