Modelin qətli ilə bağlı yeni faktlar: Tabut açıldı, qorxunc mənzərə

Modelin qətli ilə bağlı yeni faktlar: Tabut açıldı, qorxunc mənzərəİtaliyada baş verən dəhşətli qətl hadisəsi ilə bağlı yeni və şok detallar ortaya çıxıb.

Ötən ilin oktyabr ayında Milan şəhərində vəhşicəsinə qətlə yetirilən 29 yaşlı model, iş qadını və realiti-şou ulduzu Pamela Janini ilə bağlı araşdırmalar davam edir.

Müstəntiqlərin bildirdiyinə görə, qadına onun keçmiş sevgilisi, 52 yaşlı iş adamı hücum edib. İddialara əsasən, kişi Janinini təqib edib və münasibətlərini bərpa etməsi üçün ona təzyiq göstərib. Hadisə zamanı model 24-dən çox bıçaq xəsarəti alaraq həyatını itirib.

Lakin cinayətdən aylar sonra hadisə ilə bağlı yeni və daha dəhşətli detal üzə çıxıb. Belə ki, mərhumun meyiti dəfn evindən qəbiristanlığa aparılarkən işçilər tabutun düzgün bağlanmadığını aşkar ediblər. Tabut açıldıqda isə məlum olub ki, Pamela Janininin başı kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

İlkin ehtimallara görə, bu vandalizm aktında üç-dörd nəfər iştirak etmiş ola bilər. Hadisənin motivi isə hələlik məlum deyil.

Faktla bağlı cəsədin təhqir edilməsi və qalıqların oğurlanması maddələri üzrə cinayət işi açılıb. İtaliya qanunvericiliyinə əsasən, bu əməllərə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qətldə şübhəli bilinən keçmiş sevgili artıq saxlanılıb. Onun cinayətdən sonra iki dəfə intihara cəhd etdiyi, lakin sağ qaldığı bildirilir. Hazırda o, həbsdədir və həm təqib, həm də qəsdən adam öldürmə ittihamları ilə üzləşib.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub və araşdırmalar davam edir./Unikal.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 28 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

03.10.2026 268
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

03.10.2026 138
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

03.10.2026 151
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.