Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən alındı
Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət xəzinəsinə "Sipayn Resort" şirkəti də daxil olmaqla, eyniadlı kurortun tikintisini həyata keçirən müəssisə, eləcə də biznesmenin şəxsi əmlakı mənzil, ev və avtomobillər keçib.
İş adamının şəxsi əmlakı təxminən 300 milyon rubl dəyərində qiymətləndirilib.
Aktivlərin müsadirəsi kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib. Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir.
İş materiallarında qeyd olunur ki, Şahlar Novruzov formal olaraq "Sipayn Resort" MMC-nin sahibi deyil. Lakin hüquq-mühafizə və nəzarət orqanlarına məlumdur ki, kurortun tikintisi onun birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu hal biznesmenin nəzarətində olan aktivlərə yönəlik müsadirə qərarının verilməsinə əsas olub.
"Sipayn Resort" kurortu Tuapse rayonunun dənizkənarı Sosnovıy qəsəbəsində yerləşir. Layihənin tikintisi dəfələrlə təbiəti mühafizə prokurorluğu və Rosprirodnadzor tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib: su mühafizə zonasında qanunsuz tikinti, təmizlənməmiş tullantı sularının axıdılması və yaşıllıqların məhv edilməsi kimi hallar müəyyən olunub.
Məhkəmənin aktivlərin müsadirəsi barədə qərarı son illərdə regionda ekoloji ziyanın ödənilməsi ilə bağlı ən iri işlərdən biri hesab olunur. Qeyd olunur ki, müsadirə edilmiş əmlak Rusiya büdcəsinə yönəldiləcək və sonradan tikinti aparılan ərazidə ətraf mühitin bərpası xərclərinin qarşılanmasına sərf ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 25 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 150 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
03.10.2026 161 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 104 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 208 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 92 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl
03.10.2026 158 Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 207 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
03.10.2026 136