Azərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİSon illər Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Onun sözlərinə görə, bu tendensiya gələcəkdə həm məktəblərdə şagird sayına, həm də əmək bazarına təsir göstərə bilər.

Doğum sayını artırmaq üçün hökumət hansı addımlar atmalıdır?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, son illərdə həm qlobal miqyasda, həm də Azərbaycanda təbii artım tempində ləngimə müşahidə olunur:

Onun sözlərinə görə, müstəqillikdən sonra cəmiyyətin ailə planlaşdırması ilə bağlı yanaşmasında dəyişikliklər baş verib:

"İnsanlar Qərb ölkələrində çoxuşaqlı ailə modelinin geniş yayılmadığını gördülər. "Az uşaq, amma keyfiyyətli həyat" prinsipi Azərbaycanda da yayılmağa başladı. Buna görə də ailələr əsasən bir və ya iki uşağa üstünlük verir, ən yaxşı halda isə üç uşaq planlaşdırırlar. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında təbii artım tempinə görə öndədir. Lakin tarixi müqayisə göstərir ki, əhali artımında ciddi azalma var".

Ekspert vurğulayıb ki, təbii artımın azalması bir sıra sosial və demoqrafik problemlərə səbəb ola bilər:

"Əgər təbii artım aşağı düşürsə, bu, mexaniki artımın, yəni miqrasiya hesabına əhali sayının artmasının güclənməsi deməkdir. Avropa ölkələrində də bu proses müşahidə olunur və miqrant axını ciddi sosial problemlər yaradır. Orta perspektivdə bu risk Azərbaycan üçün də aktual ola bilər.

Bu tendensiya həmçinin səfərbərlik imkanlarına, əmək bazarına və təhsil sisteminə təsir edə bilər. Məsələn, şagird sayının azalması fonunda müəllimlərin ixtisarı ehtimalı artır. Bundan başqa, əhalinin qocalması prosesi də sürətlənə bilər".

Sosioloqun sözlərinə görə, hazırda Azərbaycanda yaşlı əhalinin payı kritik həddə yaxınlaşır:

"Əgər 65 yaşdan yuxarı əhalinin payı 8 faizdən çoxdursa, bu artıq qocalan əhali sayılır. Azərbaycanda isə bu göstərici təxminən 11 faizə yaxınlaşır. Bu da dövlət üçün əlavə maliyyə yükü deməkdir, çünki pensiyaçıların sayı artır, yeni doğulanların sayı isə azalır".

Ekspert hesab edir ki, demoqrafik siyasətdə stimullaşdırıcı tədbirlərin tətbiqi vacibdir:

"Məsələn, ABŞ-da aztəminatlı ailələrdə doğulan uşaqlar üçün xüsusi hesablar açılır və həmin hesablara dövlət tərəfindən vəsait köçürülür. Bu vəsait sonradan uşağın təhsil və ya digər ehtiyacları üçün istifadə olunur

Türkiyədə bələdiyyələr və dövlət qurumları gənclərin toy xərclərinin bir hissəsini qarşılayır, gənc ailələrə faizsiz kreditlər təqdim olunur. Bu kreditlər bir neçə ildən sonra güzəştli şərtlərlə geri qaytarılır. Bu da gənclərin mənzil və ailə qurmaq məsələlərini asanlaşdırır".

Ekspert hesab edir ki, Azərbaycanda da gənc ailələrin sosial təminatını gücləndirmək vacibdir:

"Gənclərin məşğulluğunu artırmaq, regionlarda iş imkanları yaratmaq, güzəştli mənzil proqramlarını genişləndirmək mühüm addımlar ola bilər. Bundan əlavə, uşaq pulunun bərpası və çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi də müzakirə olunur".

Sosioloqun sözlərinə görə, hazırda Azərbaycanda beş və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab edilir, lakin bu meyarın üç uşağa endirilməsi təklif olunur:

"Əgər bu dəyişiklik qəbul olunsa, üç uşaqlı ailələr də müəyyən imtiyazlardan yararlana biləcəklər. Bu isə gənc ailələrin daha çox uşaq planlaşdırmasına stimul verə bilər.

Bununla yanaşı, cəmiyyətdə ailə dəyərlərinin təşviqi artırılmalıdır. Gənclər arasında subay qalmaq tendensiyası və boşanma statistikasının artması da ailə qurmağa münasibətə təsir göstərir. Bu səbəbdən maarifləndirici və sosial dəstək layihələrinin genişləndirilməsi vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1015   Tarix: 22 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

03.10.2026 151
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 149
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 99
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 0
.