ABŞ-İran gərginliyi nefti bahalaşdırır: Azərbaycanda benzin qiymətləri arta bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qlobal miqyasda artan gərginlik və ABŞ-İran qarşıdurmasının neft bazarına təsiri artıq özünü qiymətlərdə açıq şəkildə göstərməkdədir. "Qara qızıl"ın bahalaşması dünya iqtisadiyyatında yeni dalğalanmalar yaradarkən, bu prosesin Azərbaycanda yanacaq qiymətlərinə mümkün təsiri də gündəmə çevrilib. Neft ölkəsi olmasına baxmayaraq, Azərbaycanın daxili yanacaq bazarı tam şəkildə qlobal qiymətlərə bağlı deyil.
Buna görə də beynəlxalq bazarda baş verən hər artım avtomatik olaraq ölkədə benzin qiymətlərinin yüksəlməsi anlamına gəlmir. Lakin mövcud vəziyyətin uzunmüddətli olması, xüsusilə idxaldan asılı yanacaq növlərində qiymət artımı ehtimalını istisna etmir və bu da cəmiyyətdə narahatlığı artıran əsas məqamlardan biri kimi diqqət çəkir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, benzinin qiyməti o ölkələrdə artır ki, onlar nefti kənardan alırlar. Onun sözlərinə görə, biz nefti özümüz istehsal edirik: "Neft məhsullarını özümüz istehsal edirik və hətta başqa ölkələrədə satırıq, o cümlədən Ermənistana. Ona görədə Azərbaycanda neftin bahalaşması ilə bağlı benzin qiymətlərinin artırılmasına ehtiyac yoxdur. Hamı başa düşür ki, neftin qiymətinin bahalaşması müvəqqətidir. Neftin qiymətinin bahalaşması bir neçə həftə davam edə bilər. Bir neçə həftədən sonra qiymətlər yenə əvvəlki qaydaya düşəcək. Yəni bu gözlənilir.
Bu gözlənilən hadisə idiki, müharibə qiymətləri artıracaq. 2-3 həftədən sonra qiymətlər yenidən düşməyə başlıyacaq. Yəni ona görədə tələskənlik edib benzin qiymətlərini artırmağa məncə ehtiyac yoxdur. Çünki Azərbaycanda onsuzda inflyasiya yüksəkdir. Yanacağın qiyməti artsa, inflyasiyaya daha çox təsir edəcək. Qiymətlər daha çox arta bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 962 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 232 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
03.10.2026 196 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 211 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 172 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr
03.10.2026 232 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 245 Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
10:30 133 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 236 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
03.10.2026 201