"Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər"

"Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər""Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı, istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bu günə qədər televiziya tərəfindən bizə ödənməli olan 130 543,40 manat pul hələ də verilməyib".

Bu şikayətlə "Qafqazinfo"ya "Depo Production" MMC-nin əməkdaşı, dizayner Emil Mirzəyev müraciət edib.

O bildirib ki, işlərə heç bir ilkin ödəniş olmadan başlanılıb və bütün xərclər icraçı şirkət tərəfindən qarşılanıb: "Təklifi aldıqdan sonra televiziyanın rəhbərliyi ilə bir neçə görüş və müzakirələr olub, dizaynların hazırlanmasına başlanılıb. Daha sonra bu iş üzrə 109002 saylı studiya avadanlıqlarının və dekorasiyaların satın alınması müsabiqəsi elan olundu. Bizdə göstəricilərlə bağlı bir balaca problem olduğu üçün tenderi başqa bir şirkət - "TAHMAZOV COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti qazansa da, işlərin icrasını biz həyata keçirdik. Çünki ilk görüş bizimlə olub, bizim şirkəti tanıyıb dəvət ediblər, görüşlərdə də şəxsən özüm iştirak etmişəm. Bağlanmış müqavilə üzrə işlərin icrasına başlanıldı. Rəhbərlik dəyişdirildiyinə görə studiyaların dekorasiyalarının dizayn və quruluşlarına sifarişçi tərəfindən dəyişikliklər edilib. Bunlar heç bir ödəniş alınmadan, bütün xərclər şirkətimiz tərəfindən qarşılanaraq həyata keçirilib. O cümlədən, televiziyanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisində kuratoru olan Günay Malikqızı və televiziyanın sədr müavini Xaliq Babayev tərəfindən bizdən şifahi tələb olunub və buna görə əvvəlcədən hazırlanmış dizayn və eskizlər yenidən işlənilib hazırlanıb. Bu səbəbdən də dekorasiyalara aid olan şərtlər toplusu dəyişib və bunun rəsmiləşdirilməsinin lazım olmağı barədə heç bir xəbərdarlıq olunmayıb. Bu səbəbdən bugünkü tarixə qədər dekorasiya işlərinə aid olan hissəsi, 130 543,40 AZN hələ də ödənilməyib".

Şikayətçi iddia edir ki, televiziyanın sədr müavinləri İlhamə Novruzova və Xaliq Babayev dəyişdirilmiş şərtlər toplusunu qəbul etməkdən boyun qaçırır: "Bu vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında, Günay Malikqızının qəbul otağında olarkən dəyişikliklərin bu çətinliyi yaratdığını xatırladanda bizə verdiyi cavab belə oldu: "Etməzdiniz". Halbuki müqaviləyə əsasən, hər hansı səbəbdən zərurət yaranarsa, müqavilədə qeydə alınmış bəndlər üzərində dəyişikliklər etmək mümkündür.

Qeyd edək ki, dekorasiyaların quruluşu zamanı sifarişçi tərəfindən edilmiş dəyişiliklər və müqavilədə nəzərdə tutulmamış əlavə işlərin lokasiya, material təşkili və düzəlməsi səbəbindən icra müddətində gecikmələr yaranıb. Bu səbəbdən müqavilənin müvafiq bəndinə əsasən, müqavilə dəyərinin, 383.945,70 manat, 10 faizi qədərində 38.394,57 manat cərimə tətbiq edilib və müqavilə üzrə avadanlıqlar üçün ödənilən məbləğdən artıq çıxılıb".

Dizayner əlavə olaraq bildirib ki, dekorasiya işləri artıq 5 aydır tamamlanmasına baxmayaraq, təhvil-təslim aktı sifarişçi tərəfindən imzalanmır və rəsmi təhvil alınmamış studiya dekorlarından efirdə istifadə olunur: "Müqaviləyə görə, ödənişin və təhvil-təslimin gecikməsi tərəflərin hər ikisi üçün 10 faiz həcmində maliyyə məsuliyyəti yaradır. Eyni zamanda, televiziya daxilindəki rəhbərlik dəyişiklikləri və fikir ayrılıqları məsələnin həllini çətinləşdirir. Gecikdirilən ödəniş şirkətin fəaliyyətinə, o cümlədən işçilik, material və vergi öhdəliklərinə mənfi təsir göstərir".

"Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər"Məsələ ilə bağlı Naxçıvan televiziyasının sədr müavini İlhamə Novruzova ilə əlaqə saxladıq. O, səsləndirilən iddialara belə cavab verdi: "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə "Depo Production" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında son 2 il ərzində heç bir müqavilə bağlanmayıb. Odur ki, "Depo Production" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı hüquqi öhdəlik və ya müqavilə əsasında əməkdaşlıq mövcud deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 232
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 196
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 211
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 172
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 232
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 245
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

10:30 133
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 236
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 201
.