Haaretz: İsrail İrana nüvə zərbəsi endirməyi nəzərdən keçirə bilər - POLİTOLOQDAN AÇIQLAMA

Haaretz: İsrail İrana nüvə zərbəsi endirməyi nəzərdən keçirə bilər - POLİTOLOQDAN AÇIQLAMAİsrailin Haaretz qəzeti İsrail-İran gərginliyi fonunda müharibənin daha təhlükəli mərhələyə keçə biləcəyi ilə bağlı diqqət çəkən iddia yayıb. Nəşrin yazdığına görə, münaqişə dərinləşərsə və hərbi vəziyyət daha da ağırlaşarsa, İsrailin ən radikal variantları - o cümlədən nüvə silahından istifadə ehtimalını belə müzakirə edə biləcəyi barədə fikirlər gündəmə gəlib. Bu iddia regionda onsuz da yüksək olan gərginliyi daha da artıraraq mümkün eskalasiya riskləri ilə bağlı narahatlıqları gücləndirib.
Haaretz: İsrail İrana nüvə zərbəsi endirməyi nəzərdən keçirə bilər - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, nüvə potensialından istifadə etmək məsələsi müharibənin gedişatında informasiya müharibəsinin bir aləti kimi davamlı olaraq istifadə olunur və biz Rusiya-Ukrayna müharibəsi fonunda da beş ilə yaxın dövr ərzində mütamadi Rusiyanın nüvə potensialından istifadə etmə məsələsinin gündəmdə olduğunu və bunun təzyiq vasitəsi olaraq istifadə edildiyini müşahidə etmişdik. Onun sözlərinə görə, eləcədə 2025-ci ilin iyul ayında olan 12 günlük müharibə dövründə və indiki məqamda İsrailin nüvə potensialından istifadə etmə məsələsi təzyiq mexanizmi olaraq gündəmə gətirilib: "Hesab edirəm ki, İsrail ancaq o həddə nüvə potensialından istifadə edə bilərki, İsrail dövlətinin mövcudluğu üçün ciddi təhdid olsun və hadisələrin gedişatına təsir edə biləcək amil kimi nüvə potensialından istifadə etməklə bağlı qərar verilsin. İndiki məqamda heç bir dövlət bu istiqamətdə real addım ata bilməz deyə düşünürəm. Bu sadəcə olaraq informasiya müharibəsində təzyiq və çəkindirmə xarakteri daşıyan əsas mexanizmlərdən biridir və İrana qarşıda bu alətdən istifadə olunur deyə düşünürəm.

Hər bir halda nüvə potensialına sahib olan bir tərəfin müharibədə iştirak etməsi ciddi ölçüdə gələcəyə yönəlik strateji hədəflərinə nail olmadığı və əsaslı məğlubiyyətlə hadisələrin yekunlaşdığı halda nüvə potensialından istifadə edib-etməməsi sualını ortaya çıxarır. Amma indiki şərait və hadisələrin inkişaf xronikasi onu deməyə əsas verir ki, nə İsrail bu potensialdan istifadə edə biləcək qeyri-konstruktiv və məntiqsiz bir yanaşma nümayiş etdirə bilər, nədə qlobal sistem və digər aktorlar bu istiqamətdə hər hansı bir qərarın verilməsi və real addım atılmasına icazə verə bilər. Mən düşünürəm ki, İsrail ancaq o zaman nüvə potensialından istifadə etməklə bağlı real addım ata və bu istiqamətdə qərar qəbul edə bilərki, İsrail dövlətinin mövcudluğu üçün ciddi təhdid olsun".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 674   Tarix: 16 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 232
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 196
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 211
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 172
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 232
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 245
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

10:30 133
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 236
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 201
.