Gələcəyin televiziyası: xarici kanallar ana dilində səslənə bilər - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA

Gələcəyin televiziyası: xarici kanallar ana dilində səslənə bilər - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişafı televiziya sahəsində də yeni imkanlar yaradır. Yaxın gələcəkdə televiziyalarda real vaxtda işləyən süni intellekt əsaslı səsli dublyaj sistemlərinin tətbiqi mümkün hesab olunur. Bu texnologiya sayəsində tamaşaçılar istənilən xarici televiziya kanalına baxarkən yayımlanan proqramları öz ana dilində dinləyə biləcəklər. Belə bir sistem dil baryerini aradan qaldıraraq dünya mediasına çıxışı daha da asanlaşdıra bilər.

Texnologiya nəhəngləri, o cümlədən Google, Microsoft və Samsung real vaxt səs tanıma, tərcümə və süni səs yaratma texnologiyaları üzərində işləyir. Bu kimi yeniliklərin televiziyalara inteqrasiyası gələcəkdə beynəlxalq televiziya məzmununun daha geniş auditoriya tərəfindən rahat izlənməsinə imkan verə bilər.
Gələcəyin televiziyası: xarici kanallar ana dilində səslənə bilər - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMAMövzu ilə bağlı İKT üzrə ekspert Fərid Kazımov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu texnologiya uzaq gələcəkdə deyil, bəlkədə bu günkü reallıqda mümkün ola bilər. Artıq Samsung smartfonlarında real vaxt rejimində tərcümə funksiyası mövcuddur. Bir məsələ varki, əgər süni intellekt dəstəkli tərcümə funksiyası kütləvi şəkildə tətbiq ediləcəksə, buna çox güclü avadanlıqlar lazımdır. Televiziya kanalı real vaxt rejimində 3 dəqiqə gecikmə ilə tərcümə olunsa, bu müəyyən mənada həmin tərcümə işlərinin aparılmasına imkan verəcək. Süni intellekt bu gün sürətlə inkişaf edir və bu inkişaf nəticəsində insan əməyinin rolu azalır. Onun sözlərinə görə, telekanalların real vaxt rejimində tərcümə funksiyası hələ tam inkişaf etməyib: "Ancaq filmləri tərcümə edən süni intellekt proqramları varki, o proqramlar vasitəsi ilə filmi 140 dilə tərcümə etmək mümkündür. O proqramlar hər bir aktyorun real səsini klonlaşdırıb, istənilən dilə tərcümə edə bilirlər.

Real vaxt rejimində telekanalların tərcümə məsələsi 3-5 il ərzində tam inkişaf edəcək. Yəni bu vaxtaparan bir prosesdir, ancaq biz artıq bu texnologiyaya doğru gedirik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 130
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 253
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 129
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

16:10 70
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 69
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 189
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 129
.