Buraxılış imtahanları narazılıq yaratdı - şagirdlər və valideynlər suallardan şikayət edir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Buraxılış imtahanları narazılıq yaratdı - şagirdlər və valideynlər suallardan şikayət edir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda keçirilən buraxılış imtahanları bu il də narazılıq müzakirələri ilə gündəmə gəlib. İmtahanda iştirak edən bəzi şagirdlər və valideynlər sualların gözləniləndən daha çətin olduğunu, bəzi tapşırıqların isə proqramdan kənar və ya mübahisəli göründüyünü iddia edirlər. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı rəylərdə imtahan nəticələri və qiymətləndirmə meyarları ilə bağlı suallar səsləndirilir. Artan narazılıqlar fonunda bir sıra iştirakçıların nəticələrə yenidən baxılması üçün apellyasiya müraciəti etməyə hazırlaşdığı bildirilir.
Buraxılış imtahanları narazılıq yaratdı - şagirdlər və valideynlər suallardan şikayət edir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Ramin Nuralıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, hal-hazırda buraxılış imtahanı ilə bağlı ictimaiyyət tərəfindən ciddi narahatlıqlar və narazılıqlar öz əksini tapır. Məsələnin əsas məğzi məhz buraxılış imtahanının ümumi olaraq son iki ildə keçirilən buraxılış imtahanından çətin olmasıdır. Azərbaycanda fənn olaraq ciddi bir şəkildə sualların, xüsusi ilədə qramatika suallarının çətin və vaxtaparan olması, bununla yanaşı mətnin yarım səhifə olmasıdır ki, mətnə aid verilən 10 sual var. Yəni yarım səhifəlik mətnin oxunması hardasa iki-üç dəqiqə vaxt tələb edir. Onun sözlərinə görə, on sualın hər birində də bu mətnə müraciət eləmək məcburiyyətindəsən: "Buda istər-istəməz abituriyentin haradasa mətni oxuması üçün on suala görə, ən azı 15-20 dəqiqə vaxtını alır. Məhz bu kimi hallar, yəni Riyaziyyat imtahanında sualların çətin olması və digər hallar istər-istəməz ümumi olaraq narahatlıq törədir və abituriyent və müəllim heyəti tərəfindən ciddi bir şəkildə sualların çətinliyi ilə bağlı fikirlər formalaşdırır. Düzdür sullar içərisində asan sullarda var idi. Ancaq asan suallar ilə yanaşı çətin sullarda mövcud idi. Məsələn, Azərbaycan dili fənnindən 5-6 sual varki, o sualları 3-4 dəqiqə vaxtdan az müddətdə həll etmək mümkün deyil. Lakin elə sualda varki, o sualı bəlkədə 30 saniyəyə həll etmək olar. Ancaq elə sullarda varki, o sulları həll etmək üçün 4-5 dəqiqə vaxt sərf etmək məcburiyyətində qalırsan. Buraxılış imtahanı sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanı deyil. Buraxılış imtahanı ümumi olaraq sadə keçirilməlidir. Çünki buraxılış imtahanında kolleclərə müraciət edən abituriyentlərdə olur. Buraxılış imtahanının nəticəsinə əsasən abituriyent kolleclərə müraciət edir. Bununla yanaşı buraxılış imtahanında 5-ci ixtisas qrupunun abituriyentləridə olur ki, hansıki musiqiyə, idmana, rəsmə, aktyorluğa və s. sahələrə hazırlaşırlar.

Uşaq illərlə idman və ya musiqi sahəsi üzrə hazırlaşır ki, Musiqi və ya İdman akademiyasına qəbul olsun, buraxılış imtahanında müvafiq bal yığa bilmədiyi təqdirdə uşaq ali təhsil müəssisəsinə qəbul ola bilmir və arzusu yarımçıq qalır. Yəni bu uşağın sahəsi iqtisadiyyat deyil axı. Onların sahəsi idman və ya musiqidir. Yəni bu uşağa lazımdır ki, buraxılış imtahanından müvafiq balı yığıb, qabiliyyət imtahanı versin. Amma çox təssüflər olsun ki, 5-ci ixtisas qrupuna gətirib, ikinci ixtisas qrupunun Riyaziyyat fənnini salarlarsa, əlbbətdəki bu uşaq kifayət qədər bal toplaya bilməz. Ona görədə buraxılış imtahanı çox çətin olmamalı idi. Yəni bu imtahan asan keçirilməli idi. Bu imtahanda suallar yorucu və vaxtaparan olmamalıdır. İkinci və üçüncü qrupun blok imtahanında Riyaziyyat fənninin sullarını çətinləşdirərdilərsə, bu başqa bir mövzudur. Amma buraxılış imtahanı belə olmamalı idi. Həmçinin buraxılış imtahanı atestat alan şagirdlərin atestat qiymətlərinədə müəyyən qədər təsir göstərir. Məhz ona görədə Dövlət İmtahan Mərkəzinin, xüsusi ilədə sual hazırlayan müəllimlərin bu məsələdə çox diqqətli olmasını tövsiyyə edirəm. Mən düşünürəm ki, 15 mart tarixində keçiriəcək imtahanında sualları artıq hazırdır və bundan sonra dəyişdirilməsi mümkün deyil. Dəyişdirilməsidə doğru olmaz. Çünki eyni buraxılış imtahanının bir tarixdə asan, bir tarixdə isə çətin olmasıda hesab edirəm ki, arzuolunan olmaz. Amma növbəti illərdə bu məsələyə xüsusi diqqət olunmasını tövsiyyə edirəm. Bununla yanaşı, qarşıdakı blok imtahanının bu çətinliyi nəzərə alaraq, sadələşdirilməsini tövsiyyə edirəm. Sualları çətinləşdirmək ümumiyyətlə bizə heçnə qazandırmır.

Çünki imtahan sualları nə qədər çətin olarsa, ballar bir o qədər aşağı düşür. Qəbul balı aşağı düşdüyü halda, hər hansısa bir ixtisasın qəbul balı az görünmüş olur. Məsələn, İnşaat Mühəndisliyi kimi bir ixtisasın qəbul balının 220 bal görünməsi anormallıqdır. Eyni zamanda bəzi pedoqoji ixtisasların ballarının 230, 250, 280 bal görünməsi mən hesab edirəm ki, anormallıqdır. Yəni biz sulları asanlaşdırmalıyıq ki, uşaqlar daha yaxşı yazsınlar və imtahanlara daha həvəsli görünsünlər. Arzularının reallaşacağını hiss etsinlər. Yəni bu çox gözəl bir duyğudur. Ailədə nə qədər yüksək bal toplayan varsa, o qədər yaxşı olar deyə düşünürəm. Ancaq sullar çətin olduğu halda uşaqların göz yaşları, valideynlərin acısı və onların arzuolunmaz ifadələr işlətməsi heçdə xoş təsürrat yaratmır. Benəlxalq təcrübəyə biz baxsaq görərik ki, artıq buraxılış imtahanının nəticəsi ilə abituriyenti ali məktəbə qəbul edən dövlətlər var.

Almaniya, Finlandiya, Kanada və ABŞ-ın bəzi şatatlarında atestat ortalaması ilə universitetlərə qəbul həyata keçirilir. Biz isə hələdə 5-6 fənndən şagirdləri imtahan edirik və 5-6 fənndən etdiyimiz imtahanıda çətinləşdiririk. Yəni bu həqiqətəndə hesab edirəm ki, doğru bir yanaşma deyil. Düşünürəm ki, DİM-in məsuliyyətli şəxsləri bu məsələdən müəyyən qədər ölçü götürüb, növbəti imtahanları artıq çətinləşdirməzlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 106
.

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO

Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində

15.08.2026 155
.

Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir

Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığ

15.08.2026 144
.

Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə

15.08.2026 139
.

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı

15.08.2026 201
.

Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMA

Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasə

00:07 94
.

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların

00:26 104
.

Dəbdəbəli toylardan imtina edək!

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir

00:15 107
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

00:30 97
.

TOP MP3