Üçüncü Dünya müharibəsi mümkündürmü? - Geosiyasi reallıqlar

Üçüncü Dünya müharibəsi mümkündürmü? - Geosiyasi reallıqlar"Uzun illərdir beynəlxalq ictimaiyyətdə müzakirə olunan əsas suallardan biri budur: bəşəriyyət Üçüncü Dünya müharibəsinə doğru gedirmi? Son illərdə Rusiya-Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları, Koreya yarımadasındakı gərginlik, Hindistan-Pakistan qarşıdurması və ABŞ-İran münasibətlərinin kəskinləşməsi bu mövzunu yenidən aktuallaşdırıb. Lakin dünyada bir neçə münaqişə ocağı mövcud olsa da, klassik mənada qlobal müharibənin başlanması hələ real görünmür".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, dünya müharibələri adətən iki böyük hərbi-siyasi blok arasında baş verir. Birinci və İkinci Dünya müharibələri də məhz aydın şəkildə formalaşmış ittifaqların qarşıdurması nəticəsində yaranmışdı. Bu baxımdan genişmiqyaslı müharibə üçün əsas şərtlərdən biri güclü və təşkilatlanmış blokların mövcudluğudur:

"Əslində Üçüncü Dünya müharibəsi üçün ən real dövr ötən əsrin ikinci yarısı - Soyuq müharibə mərhələsi hesab edilə bilərdi. Həmin dövrdə bir tərəfdə ABŞ və Qərb bloku, digər tərəfdə isə SSRİ və sosialist blok mövcud idi. Buna baxmayaraq, nüvə silahlarının yaratdığı strateji balans tərəfləri birbaşa qlobal müharibədən çəkindirdi.

Müasir dövrdə isə beynəlxalq sistem əvvəlki kimi iki qütbə bölünməyib. ABŞ hələ də Qərb blokunun mərkəzində dayanır və NATO kimi güclü ittifaqlara malikdir. Lakin onun qarşısında eyni dərəcədə təşkilatlanmış vahid hərbi-siyasi blok mövcud deyil. Çin, Rusiya, İran və digər dövlətlər ABŞ-ın rəqibləri sayılsa da, onların strateji məqsədləri fərqlidir və vahid koalisiya yaratmaq imkanları məhduddur.

Bundan əlavə, qlobal siyasətdə paralel regional gərginliklər də potensial rəqiblərin bir blokda birləşməsini çətinləşdirir. Ukrayna müharibəsi Rusiyanın resurslarını məşğul edir, Tayvan məsələsi Çin üçün əsas prioritetdir, Kəşmir problemi Hindistan və Pakistan arasında qarşıdurmanı davam etdirir, Koreya yarımadasında isə gərginlik qalmaqdadır.

Nəticə etibarilə, müasir beynəlxalq sistemin çoxqütblü və parçalı xarakteri Üçüncü Dünya müharibəsinin yaxın perspektivdə başlanmasını ehtimalını zəiflədir. Regional qarşıdurmalar davam etsə də, vahid blokların olmaması qlobal müharibə ssenarisini hələlik real etmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 505   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Qazaxıstana təşəkkür etdi - səbəb Ukrayna mövqeyi

Rusiya Ukrayna münaqişəsində Qazaxıstanın balanslı mövqeyinə görə minnətdarlığını ifadə edib. xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanaya səfəri zamanı bildirib. Lavrov qeyd edib: "Biz Ukraynadakı və ətrafındakı vəziyyəti müzakirə etdik. Qazaxıstanlı tərəfdaşlarımız

11:37 171
.

Rusiya: Kiyevə nüvə komponentləri ötürülməsi qəbuledilməzdir

Fransa və Böyük Britaniyanın Kiyevə nüvə bombası komponentlərini ötürmək cəhdi bütün ağlabatan hədləri aşır. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bildirib. Diplomat vurğulayıb ki, "bu

11:20 163
.

Kainatın sonu yenidən hesablandı

Yeni elmi araşdırma kainatın sonu ilə bağlı indiyədək qəbul edilən təsəvvürləri dəyişdirə bilər. Alimlərin yenilənmiş hesablamalarına görə, kainatın sonu əvvəllər düşünüldüyündən daha erkən baş verə bilər. "Qafqazinfo" xəbər verir ki, Donostia Beynəlxalq Fizika Mərkəzi tədqiqatçılarının apardığ

10:54 201
.

Metan və propan təhlükəsi - sağlamlığınızı riskə atmayın

"Ümumilikdə, metan və propan qazı tam təmiz yanmır və yanma məhsulları arasında zərərli maddələr də əmələ gəlir. Yanma prosesi zamanı müəyyən miqdarda karbon monoksid (dəm qazı) ayrılır. Bu isə dəm qazı ilə zəhərlənmə riskini artırır". Bunu BİG.AZ-a açıqlamasında tibb elmləri doktoru, professo

15:02 121
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.16% artaraq 4,616 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.73% bahalaşaraq 73.75 ABŞ dolları təşkil edib

29.04.2026 291
.

Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"

"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını

29.04.2026 426
.

İlham Əliyev: "İdmançılarımızda qələbə əzmi çox güclüdür"

"İdmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə bildirib. Dövlətimizi

13:14 137
.

Trampın reytinqi dibə düşür - Səbəblər məlumdur

ABŞ Prezidenti Donald Trampın reytinqi hazırkı səlahiyyət müddəti ərzində rekord səviyyəyə enərək 34%-ə düşüb. "AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi 27 apreldə başa çatan dörd günlük sorğuya əsasən məlumat yayıb. Bu, 15-20 aprel tarixlərində keçirilən sorğu zaman

29.04.2026 286
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

16:13 0
.

TOP MP3