Azərbaycanda doğranmış çörəklərin istifadə müddəti niyə 3 gündür? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda doğranmış çörəklərin istifadə müddəti niyə 3 gündür? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər bir çox ölkədə çörək məhsullarının saxlanma müddəti və keyfiyyət standartları daha da sərtləşdirilir. Məsələn, Avropa ölkələrində doğranmış çörəklərin istifadə müddəti 1 gün ilə məhdudlaşdırılıb, Rusiyada isə bu müddət 12 saat olaraq müəyyən edilib. Azərbaycanda isə doğranmış çörəklərin istifadə müddətinin hələ də 3 gün olması diqqət çəkir. Bununla yanaşı, bazarda satılmayan zavod çörəklərinin yenidən emal edilərək istehsala qaytarılması ilə bağlı iddialar da zaman-zaman gündəmə gəlir. Bu məsələ isə çörək məhsullarının keyfiyyəti, saxlanma müddəti və istehlakçı təhlükəsizliyi ilə bağlı sualları daha da artırır.
Azərbaycanda doğranmış çörəklərin istifadə müddəti niyə 3 gündür? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ- açıqlamasında bildirdi ki, son vaxtlar doğranmış (paketlənmiş) çörəklərin istifadə müddəti ilə bağlı müxtəlif ölkələrdə tətbiq olunan qaydalar müzakirə mövzusuna çevrilib. Onun sözlərinə görə, məsələn, bəzi Avropa Birliyi ölkələrində bu cür çörəklərin tövsiyə olunan istifadə müddəti qida təhlükəsizliyini artırmaq məqsədilə daha qısa saxlanılır və bəzi hallarda 1 gün kimi müəyyən edilir: "Rusiyada isə bəzi istehsalçılar doğranmış çörəklər üçün daha sərt yanaşma tətbiq edərək təxminən 12 saatlıq istifadə müddəti göstərirlər. Bunun əsas səbəbi çörəyin doğrandıqdan sonra hava ilə daha çox təmasda olması, nəticədə mikroorqanizmlərin daha sürətlə çoxalma ehtimalının artmasıdır.

Azərbaycanda isə bir çox zavod çörəklərinin qablaşdırmasında istifadə müddəti adətən 2-3 gün göstərilir. Bu müddətin daha uzun olması əsasən istehsal texnologiyası, qablaşdırma üsulu və bəzi hallarda istifadə olunan qoruyucu qatqılarla bağlıdır. Müasir istehsalatda çörəyin daha uzun müddət yumşaq qalması və kiflənmənin gecikməsi üçün xüsusi qablaşdırma və texnoloji üsullar tətbiq olunur.

Digər tərəfdən, ictimaiyyətdə tez-tez səslənən iddialardan biri də marketlərdə satılmayan zavod çörəklərinin yenidən emal olunaraq istehsalata qaytarılması ilə bağlıdır. Qida sənayesində bəzi ölkələrdə müəyyən standartlara uyğun olaraq köhnə çörəyin qurudulub üyüdülərək çörək qırıntısı (suxari) və ya bəzi texnoloji məqsədlər üçün istifadə olunması mümkündür. Lakin bu proses ciddi sanitar və texniki qaydalar çərçivəsində həyata keçirilməlidir və insan sağlamlığı üçün risk yaratmamalıdır.

Belə məsələlərdə ən vacib məqam şəffaflıq və nəzarətdir. İstehsal müəssisələri istifadə müddəti, tərkib və istehsal prosesi barədə istehlakçıya açıq məlumat verməli, müvafiq dövlət qurumları isə qida təhlükəsizliyi qaydalarına əməl olunmasına ciddi nəzarət etməlidir. İstehlakçılar da öz növbəsində qablaşdırmanın bütövlüyünə, istehsal və son istifadə tarixinə diqqət etməli, şübhəli görünən məhsulları almamaqla daha təhlükəsiz seçim etməlidirlər.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 241
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 158
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 211
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 124
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 116
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 108
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 0
.