Bakı metrosunda gediş problemi: Qatarlar dayanır, havalandırma işləmir - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
Bakı metrosunda sərnişinlərin gündəlik gedişi son dövrlər ciddi problemlərlə üzləşir. Qatarlar tunellərdə dəqiqələrlə dayanır, bu isə yalnız vaxt itkisi yaratmır, həm də sərnişinlərin komfortunu ciddi şəkildə pozur. Eyni zamanda bəzi qatarların havalandırma sistemi işləmədiyi üçün sərnişinlər havasız vəziyyətdə qalır. Maşinistlər havalandırmanın işləmədiyini bildirir və vəziyyətin dərhal həlli mümkün olmur. Nəticədə metroda gediş yalnız gecikmə ilə deyil, həm də təhlükəli və narahat şəraitlə müşayiət olunur. Bu problem həm sərnişinlərin gündəlik həyatına təsir edir, həm də metronun xidmət keyfiyyətinə dair ciddi narahatlıqlar yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, hazırda Bakı Metropolitenində yeni depolar və stansiyaların tikinti prosesi gedir. Çünki Sovet dövründə tikilən Bakı Metrosu Bakının bu günkü əhali sayına hesablanmamışdır. Onun sözlərinə görə, hazırda qatarlar arasında intervalı azaltmaq üçün qatar sayını artırmaq lazımdır: "Qatar sayını artırmaq üçün əlavə stansiyalarda yerlər tikilməlidir. Əlavə depolar olmalıdır ki, qatarlar gəlib geridönüş edib qayıda bilsinlər. Havalandırma sistemidə o zamanlar bu günkü reallıqlar nəzərə alınmadan quraşdırılıb. Ona görədə hazırda Metropoliten yenidənqurma vəziyyətindədir.
Düşünürəm ki, bütün bunlar müvəqqəti çətinlikdir. Amma bu məsələlər bəhanə verməməlidir. Metopoliten bizim vətəndaşlarımızın, qonaqların güvəndiyi ictimai nəqliyyat vasitələrindən biridir. Ona görədə metro daim saz vəziyyətdə olmalıdır. Çatışmazlıqlar yaranırsa, bunu əvvəlcədən vətəndaşlara elan etmək lazımdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1173 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
04.10.2026 156 Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
04.10.2026 269 "Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
04.10.2026 152 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 569 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
04.10.2026 161 G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 140 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 184