Universitetlərdə nəzəri bilik çox, praktika az: Məzunlar iş bazarına hazır deyil - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda bir çox universitetdə təhsil sistemi hələ də əsasən nəzəri biliklər üzərində qurulub və tələbələr üçün praktik təcrübə imkanları məhduddur. Nəticədə məzunlar iş bazarına çıxanda real iş şəraitinə uyğun bacarıqlardan çox, yalnız kitab biliklərinə malik olurlar. Bu isə həm işəgötürənlərin tələb və gözləntiləri ilə kəsişmir, həm də gənclərin öz karyera inkişafını gecikdirir.
Praktiki təcrübənin azlığı, laboratoriya, təcrübə və layihə işlərinin kifayət qədər olmaması tələbələri peşəkar həyat üçün hazırlamır və onların öz sahəsində rəqabət qabiliyyətini zəiflədir. Universitetlərin nəzəri biliklərə üstünlük verməsi, eyni zamanda tələbələrin real problemləri həll etmə bacarığını inkişaf etdirməyə mane olur. Bu baxımdan, ali təhsil müəssisələrinin tədris proqramlarını praktik yönümlü addımlarla zənginləşdirməsi artıq bir tələbata çevrilib və həm gənclərin, həm də iş bazarının ehtiyaclarını qarşılamaq üçün vacib hesab olunur.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, bu problem bütövlükdə təhsil sistemimizin struktur böhranını əks etdirir. Onun sözlərinə görə, müasir dünyada məlumat artıq hər yerdədir, lakin universitetlərimiz hələ də köhnəlmiş "əzbərçilik" modeli ilə gənclərə yalnız nəzəriyyə yükləyir: "Nəticədə məzunlarımız "nəyi bilirsən?" sualına cavab tapa bilsələr də, işəgötürənin "nəyi bacarırsan?" sualı qarşısında aciz qalırlar. Çıxış yolu universitetlərlə real iş dünyası arasındakı uçurumu aradan qaldırmaqdan, təcrübə proqramlarını formal sənəd deyil, real vərdiş meydanına çevirməkdən keçir.
Təhsil ocağı gəncə təkcə divardan asılacaq diplom yox, həyatda çörəyə çevriləcək peşə pasportu verməyə borcludur. Əks halda, biz hər il "diplomlu işsizlər" ordusu yetişdirməkdən uzağa gedə bilməyəcəyik".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 161 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
04.10.2026 338 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
04.10.2026 193 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
04.10.2026 121 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
04.10.2026 160 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
04.10.2026 239