"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib

"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilibNaxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tariximizə, elmimizə, ədəbiyyatımıza və ictimai fikrimizə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. O qeyd edib ki, bu şəxsiyyətlərin mühüm tarixi xidmətləri nəticəsində qədim diyarda elmi, ədəbi və mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunəvi xarakter daşıyıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxışında regionda maarifçi hərəkatın öyrənilməsinin, onun nəticələrinin üzə çıxarılmasının, xalq maarifinin və məktəbin vəziyyətinin, eləcə də mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə aparılan tədqiqatlar ölkənin pedaqoji fikir tarixinin zənginləşməsinə xidmət edir və müsbət təcrübə ilə mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan yaradır.

Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda maarifçi hərəkat yüksək səviyyəyə yüksəlib, elm və təhsil sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, Naxçıvan maarifçiləri təkcə müəyyən bir təbəqənin deyil, bütövlükdə millətin adından çıxış edərək cəmiyyət həyatının yaxşılaşdırılmasına çalışıblar.

Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş etdirilib.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov çıxışında "Naxçıvan Maarifi" filminin şirkət üçün yalnız mədəni layihə deyil, eyni zamanda strateji baxışın, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyin ifadəsi olduğunu bildirib. O qeyd edib ki, film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın silinmiş və unudulmuş tarixinin bərpası istiqamətində birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonda "Naxçıvan Maarifi" sənədli-bədii filmi nümayiş olunub.

"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BİG.AZ -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgə

04.10.2026 290
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

04.10.2026 157
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

04.10.2026 147
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

04.10.2026 189
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

04.10.2026 387
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

04.10.2026 157
.