Hissi və mənəvi dünyası olmayan "təlim" insanlığı necə dəyişdirir?

Hissi və mənəvi dünyası olmayan "təlim" insanlığı necə dəyişdirir?"İnsan istehsalatda robotlarla əvəz oluna bilər və bu sahədə texnologiya uğurla tətbiq edilir. Robotlar müəyyən rutin və texniki işləri insanlardan daha sürətli və dəqiq yerinə yetirir. Lakin insan tərbiyəsini robotlara həvalə etmək ağılsızlıqdır və ciddi risklər daşıyır. Niyə? Çünki insan yalnız bioloji varlıq deyil, eyni zamanda sosial və emosional varlıqdır. İnsan cəmiyyətdən kənarda yalnız fiziki və bioloji varlıq kimi mövcud ola bilər - məsələn, "Mauqli" kimi. Amma insanın "insanlıq" xüsusiyyətlərini qazanması, yəni düşüncəli, etik və sosial varlıq kimi formalaşması üçün valideyn, müəllim və cəmiyyətin tərbiyəsi zəruridir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, robotlar yalnız proqramlaşdırılmış standart tövsiyələri verə bilər. Məsələn, bir robot uşağa müəyyən davranış qaydalarını öyrədə bilər, amma müəllimin uşağa aşıladığı sevgi, diqqət və məhəbbət hisslərini heç bir proqram təmin edə bilməz. İnsan duyğularla yaşayır; hiss, həyəcan, empati və mənəvi təcrübələr onun şəxsiyyətinin formalaşmasında əsas rol oynayır. Hissi və mənəvi dünyası olmayan bir robot tərəfindən "tərbiyə" edilən insan da mexaniki, duyğusuz bir varlıq kimi yetişəcək:

"Bu isə bəşəriyyəti ciddi təhlükəyə sürükləyə bilər. İnsanlıq dəyərlərinin itməsi, empatinin, yaradıcı düşüncənin və mənəvi inkişafın zəifləməsi cəmiyyətin yalnız texnoloji və funksional varlıqlardan ibarət olmasına gətirib çıxara bilər. Texnologiya və robotlar həyatımızı asanlaşdıra, məhsuldarlığı artıra bilər, amma insanı tərbiyə etmək və mənəvi zənginlik aşılamaq onların imkanları xaricindədir.

Nəticə olaraq, robotlar iş sahəsində insanı əvəz edə bilər, amma onların təlim və tərbiyə rolunu yerinə yetirməsi mümkün deyil. İnsan olmaq üçün sevgi, diqqət, mənəvi dəyərlər və sosial təcrübələr tələb olunur. Robotlar bu təcrübələri verə bilməz; əgər cəmiyyət robotlar tərəfindən "təlim"ə həddindən artıq güvənərsə, gələcək nəsillər hiss və duyğulardan məhrum, sanki robotlaşmış bir cəmiyyətin üzvləri kimi böyüyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 271
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 0
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 230
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 234
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 0
.