Autizmli uşaqlar: valideynlər hansı addımları atmalıdır? - PSİXOLOQDAN AÇIQLAMA

Autizmli uşaqlar: valideynlər hansı addımları atmalıdır? - PSİXOLOQDAN AÇIQLAMASon illərdə dünyada autizm spektrli pozuntularla yaşayan uşaqların sayı sürətlə artmaqdadır. Bu tendensiya valideynlər üçün əlavə narahatlıq və suallar yaradır, çünki autizm erkən diaqnoz və düzgün dəstək tədbirləri ilə daha effektiv idarə edilə bilər. Valideynlər uşaqlarında autizm əlamətlərini vaxtında tanımalı, pediatr və psixiatrlarla məsləhətləşməli və müvafiq inkişaf proqramlarına başlamalıdırlar. Eyni zamanda cəmiyyətin məlumatlandırılması və təhsil sisteminin uşaqların ehtiyaclarına uyğunlaşdırılması da bu problemin həllində əhəmiyyətli rol oynayır. Bəs autizmli uşaqları olan valideynlər bu vəziyyətdə konkret olaraq hansı addımları atmalıdırlar və mövcud dəstək imkanlarından necə yararlana bilərlər?
Autizmli uşaqlar: valideynlər hansı addımları atmalıdır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, Autizm spektr pozuntusu statistik artım kimi görünə bilər, əslində isə əvvəllər yalnız ağır hallarda diaqnoz qoyulurdu. Onun sözlərinə görə indi isə "spektr" anlayışı var, yəni görüntü. Artıq yüngül, yüksək funksional hallar da, bu diaqnoza daxildir: "Əvvəllər Asperger sindromu, autizmdən ayrı bilinirdi, indi isə onun içində gedir. Əvvəllər bu sindromlar gec, ağırlaşmış formada aşkarlanırdı, bu gün diaqnostik meyarların genişlənməsi, maariflənmə sayəsində daha erkən yaşda və yüngül halları da qeydə alınır, bu səbəbdən statistika autizmi çoxalma kimi göstərir. Demək ki, çoxalma yoxdur, fərqindəlik inkişafı var. Məsələ burasındadır ki, Autizm xəstəlikdən çox neyroinkişaf fərqliliyidir. Eyni insanlar əvvəllər başqa adla və ya ümumiyyətlə diaqnozsuz qalırdı. Bu gün isə elm inkişaf etdikcə, bir autizmdə beynin məlumatı emal etmə üsulunun başqalarından fərqli olduğunu aşkarlayıb. Bəzi çətinliklər olur, amma eyni zamanda onların güclü tərəfləridə olur. Sadəcə sağlam insan, autizm sindromlu birini özü kimi görmədiyi üçün ona "xəstə" kimi yanaşır. Amma "fərqli və xəstə" anlayışları da tam fərqlidir. Autizmin elə güclü tərəfləri var ki, sağlam insan bu güclü tərəfin yanında "xəstə ya geri qalmış" kimi görünür. Autizm 1798- ci ildən aşkarlanıb.

Amma insanların bu sindromun fərqində olması və bu sahədə elmin inkişafı, dünyaya yayılması uzun sürüb. Autizm xəstəlik deyil ki, hər hansısa dərman qəbul edilsin və sağalsın. Bu, beynin inkişaf və işləmə fərqliliyidir və onu sağaldan dərman yoxdur. Amma dəstək terapiyaları ilə irəliləyişlər mümkündür. Bu irəliləyiş nədir? Terapiyalar ilə düzgün nitq və davranışlar, gündəlik bacarıqları inkişaf elətdirirlər. Amma sual yaranır. Beyni fərqli çalışan autizmdən, sağlam insan davranışlarının təqlidi öyrədilirsə bu doğru yanaşmadır? Ona görə burada bir paradoks yaranır. Bəlkə autizm bizdən daha dərin bir zəkaya sahibdir? Amma biz onu özümüz kimi sıradan biri edirik. Mən düşünürəm ki, autizm sindromlu fərqli insanlara fərqli metodlar düşünməlidir və bu praktikalara ezoterik yanaşmalar da daxil olmalıdır. Psixologiya "ruh aləmini öyrənən" elmdir. Bir psixoloq kimi deyə bilərəm ki, aramızda sağlam görünüşlü amma dərinlikdə çox təhlükəli ruha sahib insanlar mövcuddur.

Mən ilk praktikamda məhz autizm uşaqlarla çalışmışam və düşünürəm ki, bu sindromlu uşaqlar, sağlam bildiyimiz insanlardan daha dərindir. Bəlkə də, insanlığı yeni mərhələyə aparan şəxslərdir. Sadəcə yanaşma metodikası yanlışdır. Bəlkə də, bir gün alimlər bunun da fərqində olacaqlar. Elmi terapiyalar + ruhani praktikalar və 3-6-9 ritmi ilə uyğunlaşdırılmış meditasiyaların istifadəsinin də köməyi dəyə bilər. Çünki autizmlərin beynində təhlükə siqnallarını emal edən mexanizmlər daha həssasdır, qorxu hissi çox yüksəkdir, səs, işıq, toxunuş digərlərinə normal gələn halda autizmli insana həddindən artıq güclü təsir edə bilir. Sanki ruh istəmədən vücuda yerləşib və daşıdığı vücudun gözləri ilə bu dünyanı qəbullana bilmir və bloklanır. Mənəvi praktikalar isə sinir sistemini sakitləşdirməyə və daxili harmoniyanı artırmağa kömək edə bilər deyə düşünürəm. Bu barədə "Hu" romanımda da, autizm mövzusuna fərqli baxışdan geniş toxunmuşam".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1218   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 271
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 0
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 230
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 234
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 0
.