Saxta zinət əşyası satanları hansı cəza gözləyir?
Onlayn qızıl satışı son dövrlər geniş yayılıb. Lakin bu sahədə dələduzluq halları da artmaqdadır. Bəzi hallarda qızıl olmayan məmulatlar zinət əşyası adı ilə alıcılara satılır və hətta çatdırılma da həyata keçirilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, vətəndaşlara qarşı dələduzluq əməli törədildikdə hüquq-mühafizə orqanları araşdırma aparır və dəymiş zərərin məbləğinə uyğun olaraq təqsirkar şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir.
Onun sözlərinə görə, dələduzluq - yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə - həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu hal inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən məsuliyyət müəyyən edilir.
Məbləğ 500 manatdan yuxarı olduqda isə artıq cinayət məsuliyyəti yaranır və Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri üzrə cinayət işi başlanılır.
Rəşad Əliyev vurğulayıb ki, zərərçəkmiş şəxs istintaq və məhkəmə mərhələsində mülki iddia qaldıra bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməlini hüquqi qiymətləndirir, cəza təyin edir və mülki iddia əsaslı olduğu halda dəymiş zərərin zərərçəkmişə qaytarılması barədə qərar çıxarır.
O qeyd edib ki, dələduzluq edən şəxs həbs olunsa belə, zərəri ödəmək öhdəliyindən azad edilmir. Həbsdən sonra da borcunu ödəməlidir. Məhkəmə qərarı icra edilmədikdə isə əlavə məsuliyyət yarana bilər.
Eyni zamanda, zərər tam ödənildikdə və tərəflər arasında barışıq əldə edildikdə təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilər. Belə ki, istintaq və ya məhkəmə dövründə dəymiş ziyan ödənilərsə və əlavə olaraq xeyli miqdarda olduqda 25 faiz, külli miqdarda olduqda isə 50 faiz dövlət nəfinə ödəniş edilərsə, məsuliyyətdən azad edilmə mümkündür. Əks halda, şəxs təyin edilmiş cəzanı çəkməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 804 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 224 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 219 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 271 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 0 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 230 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 234 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 0