Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)

Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)Paytaxtın populyar restoranlarında iftar menyularının qiymətləri açıqlanıb.

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək. Ramazan ayının gəlişi ilə əlaqədar olaraq artıq Bakı şəhərində fəaliyyət göstərən bir çox məşhur restoran iftar menyularını təqdim ediblər.

İqtisadiyyat.az-ın araşdırmasına əsasən, həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.

Belə ki, Ramazan ayı boyunca aşağıdakı restoranlar üzrə iftar qiymətləri 20-120 manat arasında dəyişir.

"Four Season" hotelində yerləşən "Zafferano" restoranında iftar menyusunun bir nəfərlik qiyməti 120 manat təşkil edir. Burada iftar süfrəsinə minimum iki nəfər qəbul edilir.

Paytaxtın məşhur "Günaydın" restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

"Fairmont Baku"da yerləşən "Le Bistro" restoranında isə bir nəfərlik iftar menyusu 88 manata təklif olunur.

Xəqani küçəsindəki məşhur "Ağabala" restoranında bir nəfər üçün iftar menyusu 85 manat müəyyənləşib.

"The Ritz Carlton"nun "Tribeca" restoranında iftar menyusu bir nəfər üçün 85 manata təklif olunur.

"JW Marriot Abşeron Baku"da yerləşən "Fireworks Urban Kitchen" restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 80 manat, "Zest Lifestyle Cafe"də isə açıq bufet formatında 50 manat müəyyənləşib.

"Hilton"da yerləşən "Sky Grill" restoranında iftar menyusu 70 manata təklif olunur.

"Gizli Bahçe" restoranında da oruc tutan bir şəxsə iftar açmaq 70 manata başa gələcək. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.

Xaqani küçəsində yerləşən "Prive Steak Gallery" restoranında iftar açmaq istəyən şəxs 45, 60 və ya 70 manat ödəməli olacaq. Eyni zamanda burada 10%-lik servis haqqı da var.

Bayraq Meydanının yaxınlığında yerləşən "Ruby 360 Baku" restoranında iftar menyusu bir nəfər üçün 45 manat təşkil edir. Buraya 10%-lik sevis haqqı da daxildir.

"Dreamland"da yerləşən "Green Lounge" restoranında bir nəfər üçün iftar menyusu 55 manat təşkil edir. Burada 7%-lik servis haqqı da mövcuddur.

"Baku Marriott Hotel Boulevard"da yerləşən "Black City Lounge" restoranında bir nəfər üçün iftar menyusu 48 manat təşkil edir.

Dənizkənarı Bulvar ərazisində yerləşən "The Gallery Baku" restoranında bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Eyni zamanda bulvarda yerləşən "Sədəf" restoranında bir nəfərlik iftar süfrəsi 20 manata təklif olunur.

Bir nəfərin iftar açması "Torqovı"da yerləşən "Societe Baku"da 50-70 manata, "Central Baku"da 44 manata, "Caravan Baku"da 25 manata, "Firuzə" restoranında isə 28,5 manata başa gələcək.

İçərişəhərdə yerləşən "Shak Garden" restoranında bir nəfərlik iftar menyusu 60 manat təşkil edir. Burada 10 faizlik servis haqqı da mövcuddur. Ramazan ayına özəl təqdim olunan bu menyu yalnız korporativ qonaqlar üçün nəzərdə tutulub. Menyu minimum 10 nəfərlik qruplar üçün keçərlidir.

İçərişəhərdəki "Natavan" restoranında bir nəfər üçün iftar süfrəsi 35-45 manata, "Burc Qala" restoranında üçün 27 manata, "Mist" restoranında 25 manata, "Çayı Bağı" restoranında isə 29 manata açılır. Bununla yanaşı 10 faiz servis haqqı da nəzərdə tutulub.

Nizami küçəsində yerləşən "Khan Baku" restoranı bir nəfərə iftar süfrəsini 35 manata təqdim edir.

Səbaildəki "Nar Şərab" restoranının "Senator" zalında müqəddəs ayda bir nəfərlik iftar süfrəsi 40 manata təklif edilir.

Paytaxtın Nizami rayonundakı "Biz-Bizə" restoranında iftar qiyməti 28 manat müəyyənləşib. Rayondakı "Sherlock" restoranında isə iftar menyusunun qiyməti 25-35 manat aralığında dəyişir.

Atatürk prospektində yerləşən "The Mood Baku"da toyuqla iftar menyusu 30 manat, ət və balıqla olan iftar menyusu isə 35 manata təklif edilir.

Badamdar qəsəbəsində paytaxtın ən hündür nöqtələrindən birində yerləşən dəniz mənzərəli "Hill" restoranında bir nəfər üçün iftar menyusu 50 manat təşkil edir.

Nərimanovda yerləşən "Mama Meri" restoranında bir nəfərlik iftar menyusunun qiyməti 30 manatdan çoxdur.

Bakıdakı bir neçə mall-da yerləşən "Etiler Meat House"da iftar açmaq istəyən şəxslər 50 manat ödəməli olacaqlar.

"City Park Mall"da yerləşən "Zancafil" restoranında bir nəfərlik toyuqla olan menyu 33 manata, quzu ilə olan menyu 37 manata, dana menyu isə 39 manata təklif edilir.

Səbaildəki məşhur "Badam d'Art" Hotelin restoranında orucunu açmaq istəyən şəxslərə iftar menyusu 50 manata təklif olunur.
"Mado" restoranında bir nəfərlik toyuqla olan iftar menyusu 25 manat, ətlə olan iftar menyusu isə 27 manat təşkil edir. Burada servis haqqı 11% təşkil edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu

2050 üçün hazırlanmış ssenari 2026-cı ildə reallığa çevrilib. Mütəxəssislər isə "zaman cədvəlinin pozulduğunu" və "səssiz qatil" adlandırılan təhlükəni vurğulayırlar. Qayanrinfo xəbər verir ki, Avropanı təsiri altına alan ekstremal istilər iqlim böhranına dair ən pessimist proqnozları

30.06.2026 187
.

Süni düyü ilə bağlı narahatlıq: Keyfiyyətli düyünü necə seçmək olar?

Son vaxtlar sosial şəbəkələrdə və müxtəlif platformalarda süni və ya keyfiyyətsiz düyü ilə bağlı yayılan görüntülər istehlakçılar arasında narahatlıq yaradıb. Bu görüntülər insanların gündəlik istifadə etdikləri ərzaqların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı sualları artırıb. Bəs satışda olan düyünü

30.06.2026 296
.

Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib. "Al Jazeera"nın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib. Onu

30.06.2026 163
.

Rusiya ordusunun Ukraynanın müxtəlif vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub, 56 nəfər yaralanıb

Ukrayna rəsmilərinin yaydığı məlumata görə, son sutka ərzində Rusiyanın hücumları Zaporojye vilayəti, Xerson vilayəti, Dnepropetrovsk vilayəti və Xarkov vilayəti ərazilərini əhatə edib. Məlumata əsasən, Zaporojye vilayətində 56 yaşayış məntəqəsinə yüzlərlə zərbə endirilib. Nəticədə 3 nəfər ölüb, 18 nəfə

30.06.2026 240
.

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)

Koreyalı İnkiyu və naxçıvanlı Zeynəb fərqli ölkələrdə doğulsalar da, onları bir araya gətirən ortaq dəyərlər və sevgi olub. Qaynarinfo xəbər verir ki, təhsil almaq üçün Azərbaycana gələn İnkiyu burada yalnız yeni biliklər və yeni sözlər öyrənməyib, həm də həyat yoldaşını tapıb. Onlar 7 ildir ki, ail

30.06.2026 154
.

21 iyun imtahan nəticələri - Elan olundu

Məlum olduğu kimi, 21 iyunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 3-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən

30.06.2026 250
.

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. xəbər verir ki, Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssislərin sözlərinə görə, oyandıqdan sonra ilk olaraq həyatda baş vermi

30.06.2026 166
.

Berat Mert Demir Bakıya gəlir!

Türkiyənin sevilən sənətçisi və enerjisi ilə dünya səhnələrinin diqqət mərkəzində olan Berat Mert Demir, çoxsaylı istəklərə əsasən yenidən Bakıya gəlir!. Bu dəfə o, dənizə 0 km məsafədə qurulacaq möhtəşəm böyük səhnədə, Sea Breeze White Beach-də sevənləri ilə görüşəcək. Dəniz mənzərəsi, açıq hava atmosferi

30.06.2026 237
.

Azərbaycanda birinci sinfə gedənlərin sayı niyə azalır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda son illər birinci sinfə qədəm qoyan uşaqların sayında azalma müşahidə olunur. Rəsmi statistik göstəricilər bu tendensiyanın davam etdiyini göstərir və bu, həm təhsil sistemi, həm də ölkənin gələcək demoqrafik inkişafı baxımından müzakirələrə səbəb olur. Birinci sinfə gedən uşaqların sayını

30.06.2026 285
.

TOP MP3