Azərbaycanda kredit borcları artır: əhali niyə daha çox borclanır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda kredit borcları artır: əhali niyə daha çox borclanır? - İQTİSADÇIDAN AÇIQLAMASon illər Azərbaycanda bank və kredit təşkilatlarından borc götürənlərin sayı sürətlə artır. Xüsusilə istehlak kreditlərinə marağın yüksəlməsi əhalinin maliyyə yükünü ağırlaşdırmaqla yanaşı, vaxtı keçmiş kreditlərin həcminin də artmasına səbəb olur. Artan yaşayış xərcləri, gündəlik tələbatların kredit hesabına qarşılanması və ödəniş qabiliyyətində yaranan çətinliklər bu sahədə narahatedici mənzərə formalaşdırır. Mövcud vəziyyət kredit bazarında risklərin artdığını göstərir və sual yaradır: əhali niyə getdikcə daha çox borclanır və gecikmiş kreditlərin artmasının arxasında hansı amillər dayanır?
Azərbaycanda kredit borcları artır: əhali niyə daha çox borclanır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, kreditlərin artmasına dünya ölkələri təcrübəsindən baxsaq, təhlükəli deyil. Onun sözlərinə görə, təhlükəli olan o kreditlərin artımına uyğun olaraq əhalinin gəlirlərinin artmamasıdır: "Bizdə daha çox istehlak kreditlərinə vətəndaşlar yönəldiyi üçün, bu ondan xəbər verir ki, əhalinin gəlirləri artmır. Əhalinin gəlirləri xərclərini qarşılaya bilməyəndə məcburən kreditə daha çox müraciət edirlər. Yəni paralel olsaydı bu proses bir təhlükə olmazdı. Dünyada istənilən inkişaf etmiş ölkəni götürsək, onlarda istənilən ailənin bir neçə krediti olur. Bu normaldır. Çünki onlarda kredit faizləri aşağıdır və gəlirlər yüksəkdir.

Onlar kredit götürüb, sonradan öz gəlirləri hesabına krediti ödəyə bilirlər. Azərbaycanda disbalans məhz kreditlərin artmasının, gəlirlərin artması ilə paralel getməməsindədir. Yəni gəlirlər daha az artır. Kreditlərin həcmi isə daha çox artır. Bu müəyyən dərəcədə problem yaradır. Problemli kreditlərin isə həcmi hələki çox deyil. Yəni ümumi kredit portfelinin 1,7-1,8%-nə bərabərdir. Bu təhlükəli deyil. Dünyada bu həcm 3%-i keçdikdə təhlükəli sayılır. Ancaq Azərbaycanda trend təhlükəlidir. Yəni həcm hər ay, hər il artır. Bununla bağlı indidən tədbirlər görülməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.