Cenevrə öncəsi "göz dağı": İran-ABŞ danışıqları real kompromisə nə qədər yaxındır?
"İran və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayır. Omanın vasitəçiliyi ilə fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan görüşlər beynəlxalq diqqət mərkəzindədir.
ABŞ Prezidenti Donald Tramp danışıqlar öncəsi sərt mesaj verərək bildirib ki, nüvə proqramı üzrə razılaşma əldə olunmasa, Vaşinqton İsrailin İrana zərbə endirməsinə dəstək verə bilər. ABŞ donanmasının Fars körfəzində hərbi aktivliyi artırması da bu mesajın praktik fonunu gücləndirir. Bu, klassik "təzyiq diplomatiyası"dır - Vaşinqton danışıqlar masasında üstün mövqe qazanmağa çalışır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, lakin Tehran da geri addım atmaq niyyətində olmadığını nümayiş etdirir. Danışıqlardan bir gün əvvəl İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında hərbi təlimlər keçirib. Paralel olaraq Taliban sözçüsü Zəbiullah Mücahid ABŞ-ın mümkün hücumu halında İrana dəstək verə biləcəklərini bəyan edib. Bu açıqlama hər nə qədər siyasi jest xarakteri daşısa da, regional kontekstdə diqqət çəkir:
"Hərbi ritorikaya baxmayaraq, diplomatik sahədə ton daha ehtiyatlıdır. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İran Ağ Evin narahatlıqlarını nəzərə alarsa, razılaşma mümkündür. O, bunun asan olmayacağını desə də, Vaşinqtonun diplomatik həllə hazır olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə MAQATE direktoru Rafael Qrossi ilə görüşdə Tehranın mövqeyini açıqlayıb. Bu da göstərir ki, İran diplomatik kanalları açıq saxlamağa çalışır.
Cenevrə görüşü öncəsi İsrailin Baş naziri Benyamin Netanyahu da sərt şərtlər irəli sürüb. Təl-Əviv bütün zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını, zənginləşdirmə infrastrukturunun tam sökülməsini, raket proqramının 300 kilometrlə məhdudlaşdırılmasını və İranın dəstəklədiyi silahlı qruplaşmalar şəbəkəsinin ləğvini tələb edir.
Mövcud geosiyasi reallıq fonunda bu tələblər kifayət qədər maksimalist görünür. ABŞ üçün əsas çətinlik təkcə İranı razı salmaq deyil, eyni zamanda İsrailin təhlükəsizlik gözləntilərini də təmin edən balanslı kompromis formalaşdırmaqdır.
Buna görə də bu raunddan dərhal konkret nüvə məhdudiyyəti və ya hərbi geri çəkilmə gözləmək real deyil. Bu mərhələ daha çox tərəflərin bir-birini test etməsi, güc balansını ölçməsi və diplomatik manevr imkanlarını yoxlaması xarakteri daşıyır.
Əgər razılaşma olacaqsa, bu yalnız incə diplomatiya və çoxqatlı güc balansı üzərində qurula bilər. Əks halda, proses növbəti gərginlik mərhələsinə keçə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 932 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 224 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 219 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 271 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 0 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 230 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 234 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 0