Əmək haqqı və pensiya ilə bərabər səviyyədə problemlər də artır, sanki...

Əmək haqqı və pensiya ilə bərabər səviyyədə problemlər də artır, sanki...Son zamanlar əmək haqqı və pensiyaların artımı müşahidə edilir. Amma sevinə bilmirik. Sanki maaş artdıqca problemlər də artır...
Bəzi ekspertlər bunu "gizli bahalaşma" ilə əlaqələndirirlər. Gizli bahalaşma odur ki, məhsulun keyfiyyəti və kəmiyyəti azalır, qiymət isə eyni qalır. Yəni tutaq ki, hər zaman 1 kiloqramlıq qablaşdırmada olan məhsulun çəkisi 900 qrama endirilir. Qiymət eyni qalır.

Hər zaman bu məhsulu alan vətəndaş çəkiyə baxmadan eyni məbləği ödəyib məhsulu alır. Burada o həmin məhsulun 100 qram itirdiyinin fərqində olmur. Bu vəziyyəti bütün məhsullara şamil etmək olar. Ya da hansısa xidmətin əsas ödənişi dəyişmir, amma əlavə rüsumlar, məcburi ödənişlər artırılır. Bunun da vətəndaş fərqində olmur.

Digər bir varinat da, bazardan ucuz alternativlər yığışdırılır və vətəndaş bahalı məhsulu almağa məcbur qalır. Deyəsən, Azərbaycanda da bu baş verir. Düzdür, bunu ekspertlər təsdiqləmir, amma cibimizin hiss etdiyi budur. Bəzən insan özünə sual verməyə məcbur qalır: "gəlir, hara gedir?"

İqtisadçı Əkrəm Həsənov deyir ki, ola bilər ki, Azərbaycanda da bu baş verir. Amma bununla yanaşı Azərbaycanda real bahalaşma da var. Komunnal xidmətlərdə də qiymətlər bahalaşır.

Əmək haqqı və pensiyaların artımına gəldikdə, iqtisadçı deyir ki, burada sadəcə nominal artır, faktiki artım isə yoxdur: "Onsuz da yediyimiz qidaların keyfiyyəti aşağıdır. Amma sizin dediyiniz gizli bahalaşma da ola bilər. Düzdür mən bunu təhlil etməmişəm, amma ola bilər"…

Belə… Cibimiz qəpik-qəpik pul gördüyü üçün bunun fərqində olmur, "pul gəlir, bəs hara gedir?" sualına cavab tapa bilmirik. Əks halda, bu məsələnin başqa açıqlanacaq tərəfi yoxdur./ Bizim Yol


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 271
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 0
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 230
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 234
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 0
.