Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI - Hədəfdə bu ölkə var...

Britaniya və Almaniyadan SAVAŞ XƏBƏRDARLIĞI - Hədəfdə bu ölkə var...Avropa ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı günü-gündən artır. Belə ki, Böyük Britaniya və Almaniyanın ali hərbi rəhbərləri ictimaiyyətə müraciət edərək yenidən silahlanmanın "mənəvi" əsaslarını qəbul etməyə və Rusiya ilə mümkün müharibə təhlükəsinə hazır olmağa çağırıblar.

Müraciət Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, baş marşal Riçard Naiton və Almaniyanın müdafiə rəisi general Karsten Broer tərəfindən edilib.

Onların iddiasına görə, Rusiyanın hərbi mövqeyi "qəti şəkildə qərbə doğru dəyişib". Bu fonda onların fikrincə, Avropanın müdafiə və təhlükəsizlik sistemində "qəti dəyişikliklərə" ehtiyac var.

Hərbi rəhbərlər əlavə ediblər ki, mövcud təhdidlərin mürəkkəbliyi "qitə üzrə ictimaiyyətlə açıq və dürüst dialoq" tələb edir və müdafiə məsələsi yalnız hərbçilərin prerogativi ola bilməz.

Onu da vurğulayaq ki, keçirilən sorğulara görə, hər iki ölkədə əhalinin əksəriyyəti yaxın beş il ərzində Üçüncü Dünya Müharibəsi ehtimalını yüksək qiymətləndirib.

Görünən odur ki, Böyük Britaniya və Almaniya rəsmən Rusiya ilə savaş hazırlıqlarını elan edirlər.

Kreml isə bomba sığınacaqlarının bərpasına başlamaq əmri verib.

Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi hazırda ölkənin 82 bölgəsində 20 mindən çox bomba sığınacağını bərpa etməklə məşğuldur.

Bu barədə məlumat verən nazirliyin rəhbəri Aleksandr Kurenkovun sözlərinə görə, 45 bölgədə xəbərdarlıq sisteminin hazırlıq planları təsdiqlənib. Sığınacaqların və təxliyə məntəqələrinin ünvanları Dövlət Xidməti portalında yerləşdirilib. Bu işin həyata keçirilməsinə 155 milyard rublun sərf ediləcəyi gözlənilir.

Olmaya Qərblə Rusiya arasında savaş başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Almaniya və Böyük Britaniya hərbçiləri tərəfindən Rusiya ilə mümkün müharibə ssenarisinə hazır olmaqla bağlı səslənən bəyanatlar sadəcə olaraq, bu mərkəzlərin özlərini daha güclü şəkildə təqdim etmək məqsədi daşıyır:

"Münhen konfransından sonra belə təəssürat yaranıb ki, Avropada Almaniya, Fransa və Böyük Britaniya olmaqla ən azından 3 siyasi-hərbi mərkəz yaradılır.

Onların hər bir məsələdə mövqelərinin üst-üstə düşəcəyinə isə inanmıram. Hazırki mərhələdə səslənən bu cür bəyanatlar onu göstərir ki, Avropa İttifaqında ümumi siyasət deyilən məsələ yoxdur. Müxtəlif mövzulara aid bir-birinə zidd bəyanatların şahidi olacağıq.

Almaniya və Böyük Britaniya hərbçiləri tərəfindən Rusiya ilə mümkün müharibə ssenarisinə hazır olmaqla bağlı səslənən bəyanatlar isə yaranan bu mərkəzlərin özlərini daha güclü şəkildə təqdim etmək məqsədi daşıyır. Ona görə də Rusiya ilə konfrantasiya fonunda belə bəyanatlar verirlər".

Bu əsasda da həmsöhbətimiz Qərblə Rsiya arasında birbaşa savaşı istisna edir:

"Nüvə dövlətləri arasında birbaşa savaşın olması ehtimalı isə sıfıra bərabərdir. Nüvə silahının ən yaxşı cəhəti odur ki, onu istifadə etmək olmaz. Çünki istər-istəməz cavab elə olacaq ki, ondan tərəflərdən heç biri hər hansısa bir fayda əldə edə bilməyəcək. Bu baxımdan da Avropa ilə Rusiya arasında birbaşa savaşı istisna edirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 271
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 0
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 230
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 234
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 0
.