Kredit artımı 10-12% olacaq - "S&P" proqnozu
"S&P Global Ratings beynəlxalq reytinq agentliyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) çərçivəsində Azərbaycanın bank sektoruna dair qiymətləndirməsini yeniləyib.
Agentlik sahəvi risk komponenti üzrə reytinqi 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə "stabil"dən "pozitiv"ə yüksəldib".
Bunu BiG.AZ-a açıqlamasında Mərkəzi Bank nümayəndəsi Namiq Əliyev bildirib.
O, qeyd edib ki, qiymətləndirmənin yaxşılaşdırılmasının əsas səbəbi kimi son üç ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarət mexanizmlərinin modernləşdirilməsi istiqamətində atılan addımlar göstərilib. "S&P" risk əsaslı nəzarətin tətbiqi və daha təkmil tənzimləmə çərçivəsinin bank sektorunda kredit riskinin azalmasına töhfə verəcəyini vurğulayıb:
"Agentlik Mərkəzi Bankın təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində həyata keçirilən islahatları xüsusi qeyd edib. Bildirilib ki, korporativ idarəetmə standartları yenilənib, likvidlik riskinin idarə olunması qaydaları Bazel III standartlarına uyğunlaşdırılıb, likvidliyin örtülmə əmsalı üzrə tələblər gücləndirilib. Həmçinin 2025-ci ilin mart ayından 0,5% həcmində kontr-tsiklik kapital buferi tətbiq olunub, istehlak kreditləri və kredit kartları üzrə risklərin idarə olunması və anderraytinq mexanizmləri təkmilləşdirilib.
"S&P" əlavə olaraq qeyd edib ki, 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması üzrə IFRS 9 standartının tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III ilə uyğunlaşdırılması, stres-test və rezolyusiya mexanizmlərinin gücləndirilməsi bank nəzarətinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Agentliyin proqnozuna görə, 2026-cı ildə bank aktivlərinin keyfiyyət göstəriciləri sabit qalacaq, kredit portfelinin artım tempi isə 10-12% intervalında olacaq. Eyni zamanda, region ölkələri ilə müqayisədə kreditlərin dollarlaşma səviyyəsinin ən aşağı göstəricisinin Azərbaycan banklarına məxsus olduğu vurğulanıb.
Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri tərəfindən Mərkəzi Bankın institusional və tənzimləyici islahatları yüksək qiymətləndirilir və bu addımlar ölkənin suveren reytinq perspektivinə də müsbət təsir göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 867 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 224 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 219 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 271 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 0 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 230 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 234 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 0