Sabah metro və avtobuslarda SIXLIQ ARTACAQ - SƏBƏB
Azərbaycanda ali təhsil müəssisələrində yaz semestrinin başlaması ilə əlaqədar olaraq paytaxtda ictimai nəqliyyatda sərnişin sıxlığının artacağı gözlənilir.
Metbuat.az-ın məlumatına görə, xüsusilə səhər və axşam saatlarında tələbələrin dərsə gediş-gəlişi ilə bağlı Bakı Metropoliteni stansiyalarında və şəhərdaxili avtobus marşrutlarında sıxlıq müşahidə oluna bilər. Bu hal ən çox universitetlərin yerləşdiyi ərazilərə yaxın nəqliyyat xətlərində özünü göstərəcək.
Qeyd edək ki, yeni tədris dövrünün başlaması ilə təkcə tələbələr deyil, müəllim heyətinin də aktiv şəkildə dərs prosesinə qayıtması şəhərin nəqliyyat infrastrukturunda əlavə yüklənməyə səbəb olacaq.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










