ABŞ Dövlət katibi: Çinlə fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir
ABŞ və Çin geniş qlobal maraqlara malik iki böyük dövlətdir, lakin onların milli maraqları çox vaxt üst-üstə düşmür.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Onların milli maraqları ilə bizimkilər həmişə üst-üstə düşməyəcək və biz dünya ictimaiyyəti qarşısında bu fikir ayrılıqlarını mümkün qədər yaxşı idarə etməyə və həm iqtisadi, həm də daha ciddi münaqişələrdən qaçmağa borcluyuq. Buna görə də bu kontekstdə əlaqənin saxlanılması son dərəcə vacibdir", - o qeyd edib.
Rubionun sözlərinə görə, iki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələrdə konstruktiv əməkdaşlıq mümkündür.
"Maraqlarımızın üst-üstə düşdüyü sahələrdə biz birgə işləyərək dünyaya müsbət təsir göstərə bilərik. Biz qarşılıqlı fəaliyyət üçün belə imkanlar axtarırıq", - dövlət katibi vurğulayıb.
O, həmçinin əlavə edib ki, Vaşinqton konfransda təmsil olunan digər ölkələrlə olduğu kimi, Pekinlə də münasibətləri saxlamağı zəruri hesab edir. Onun sözlərinə görə, hər hansı razılaşmalar ABŞ-nin milli maraqlarının ziyanına olmamalıdır.
"Açıq desək, biz Çinin öz milli maraqlarına uyğun hərəkət edəcəyini gözləyirik - necə ki, biz bunu istənilən dövlətdən gözləyirik. Diplomatiyanın məqsədi milli maraqlarımızın toqquşduğu vəziyyətləri idarə etmək və imkan daxilində bunu dinc yolla həll etməkdir", - Rubio deyib.
Dövlət katibi vurğulayıb ki, ABŞ-nin üzərinə xüsusi məsuliyyət düşür, çünki ABŞ ilə Çin arasındakı ticarət əlaqələrində baş verən hər şey qlobal nəticələrə malikdir.
"Bu, təkcə ABŞ-a yox, bütövlükdə Qərbə aiddir. Biz bu fikir ayrılıqlarını elə idarə etməyə çalışmalıyıq ki, lazımsız gərginlikdən uzaq olaq", - o qeyd edib.
Eyni zamanda, Rubio ölkələr arasında fundamental ziddiyyətlərin mövcudluğunu da etiraf edib.
"Heç kim illüziyaya qapılmır. Ölkələrimiz arasında bir sıra səbəblərə görə dərin fikir ayrılıqları mövcuddur. Və bu məsələlərin bir qismi üzrə biz sizinlə birgə işləməyə ümid edirik", - o deyib.
Dövlət katibi vurğulayıb ki, ABŞ-nin üzərinə xüsusi məsuliyyət düşür, çünki Çinlə ticarət münasibətlərində baş verən hər şey qlobal nəticələrə malikdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 612 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 126 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 113 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 410 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 276 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 335 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 230 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 134