Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb
Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb.
"Report" xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransındakı debatlar zamanı bildirib.
"Düşünürəm ki, Amerika prezidentinin (Donald Trampın - red.) istəyi eynidir (Qrenlandiyaya nəzarət etmək - red.). Krallıq və Avropa bununla razı deyil. Bircə onunla razıyıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".
Xatırladaq ki, fevralın 13-də Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
ABŞ administrasiyası yanvarın 31-də Qrenlandiyanın gələcək mənsubiyyəti ilə bağlı danışıqların başladığını bildirərək həm Ağ Ev, həm də Avropa üçün yaxşı sazişə nail olunacağına ümid ifadə edib. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruri olduğunu bildirib.
Qrenlandiya muxtar ərazi statusunda Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıb. Buna əsasən ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1856 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləklə bağlı - Xəbərdarlıq
Martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala
16:55 154 Turizm sektorunun böyük görüşü: Azərbaycan Berlində təmsil olundu
"Azərbaycan Almaniyada keçirilən nüfuzlu turizm sərgilərindən birində iştirak edib. Ölkəmiz dünyanın müxtəlif yerlərində təşkil olunan turizm sərgilərində mütəmadi olaraq təmsil olunur və bu tədbirlərdə turizm nümayəndələri də fəal iştirak edirlər". Bunu BİG.AZ-a açıqlamasında turizm ekspert
14:38 162 Kiyevdə Rusiyanın sifarişi ilə terror hazırlayan erməni tutuldu
Kiyevdə Rusiyanın tapşırığı ilə ikiqat terror aktı planlaşdıran əcnəbi saxlanılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib. -ın xarici mediaya istinadən xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti həmin şəxsin uzun müddət paytaxtda yaşayan Cənubi Qafqazdan olan bir nəfər olduğunu müəyyə
19:15 1 Tehrana ağır zərbə: ABŞ və İsrail əməliyyatının ilk nəticələri - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk günü böyük hərbi uğur kimi təqdim olunur. Əməliyyatlar nəticəsində İranın ali lideri Ayətullah Xamneyinin öldürüldüyü barədə məlumatların yayılması diqqət çəkib və bu hadisə hücumların ən böyük nəticələrindən biri kimi göstərilir
11:49 310 Zelenski qoşunları Yaxın Şərqə göndərir - Trampdan dəstək
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ölkəsinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı təklifini qəbul etdiyini bildirib. xarici mediaya istinadən xəbər verir ki, o, bunu Reuters agentliyinə verdiyi müsahibədə təsdiqləyib. "Əlbəttə ki, mən istənilən ölkədə
11:08 259 Küveyt paytaxtında yeni partlayışlar baş verib
AFP jurnalistinin verdiyi məlumata görə, Küveyt paytaxtında partlayış səsləri eşidilib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları ölkəyə raket və pilotsuz təyyarə hücumları ilə üzləşdiklərini bildiriblər. Müdafiə Nazirliyi X-də bildirib ki, "Küveyt hava hücumlarından müdafi
17:05 137 Azərbaycan İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşıb
Cənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyaka
11:22 237 Onlayn ödəniş: Lazım olanda aktiv edin, iş bitdikdən sonra söndürün
"Heç kim - bank, polis və ya kredit təşkilatı adı ilə olsa belə - sizdən kart nömrəsi, son istifadə tarixi, CVV və SMS kodları istəyə bilməz. Fırıldaqçılar adətən deyir: "Faizsiz kredit veririk", "Dövlət proqramıdır", "Sadəcə kart məlumatlarını yoxlamalıyıq" və ya "Hesabınız
15:14 194 Özünüməşğulluq Proqramı və Real Çətinliklər: Avadanlıq Sıradan Çıxır, Heyvanlar Xəstə Olur - SOSİOLOQDAN AÇIQLAMA
Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bölgələrdə insanlara müxtəlif peşələr üzrə avadanlıqlar və ya təsərrüfat qurmaq üçün heyvanlar verilir. Məqsəd insanların öz kiçik biznesini qurmasına və gəlir əldə etməsinə kömək etməkdir. Laki
13:50 413