Həkim iddia edir: Ceffri Epşteyn asılmayıb, boğularaq öldürülüb
ABŞ-da seksual istismar ittihamları ilə həbs olunan maliyyəçi Ceffri Epşteynin ölümü ilə bağlı mübahisələr yenidən gündəmə gəlib.
BİG.AZ Daily Express-ə istinadən xəbər verir ki, onun meyitinin müayinəsində iştirak edən həkim Epşteynin ölüm səbəbinin rəsmi açıqlamada göstərildiyi kimi intihar deyil, boğulma ola biləcəyini bildirib.
Məhkəmə-tibbi ekspert Maykl Baden bildirib ki, Epşteynin ölümünün yenidən araşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, əldə olunan tibbi faktlar asılmadan çox, boğulma ehtimalını göstərir.
Həkim qeyd edib ki, şəxsi fikrinə əsasən Epşteynin ölümü "asılma deyil, daha çox boğulma təzyiqi nəticəsində baş verib" və mövcud məlumatlar iş üzrə əlavə istintaq aparılmasını zəruri edir.
Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı həbsxanada, insan alveri və yetkinlik yaşına çatmayanların istismarı ittihamları üzrə məhkəməni gözlədiyi vaxt ölü tapılmışdı. Həmin dövrdə Nyu-Yorkun baş tibbi ekspertiza idarəsi onun ölümünü intihar kimi qiymətləndirmişdi.
Maykl Baden isə bu nəticə ilə razılaşmadığını bildirib. O, autopsiyanı şəxsən aparmasa da, Epşteynin ailəsinin nümayəndəsi kimi müayinədə iştirak edib və həmin vaxt belə əlavə məlumatların lazım olduğunu düşündüyünü deyib.
Həkimin sözlərinə görə, meyitin ekspertizası zamanı boyun nahiyəsində üç ayrı sınıq aşkar edilib. Baden qeyd edib ki, 50 illik peşə fəaliyyəti ərzində həbsxanalarda intihar yolu ilə asılma hallarında belə zədələrə rast gəlməyib və bu tip travmalar daha çox boğulma ilə uyğun gəlir.
Bununla yanaşı, Epşteynin vəkilləri də rəsmi nəticələrdən tam razı olmadıqlarını bildiriblər.
Buna baxmayaraq, ABŞ rəsmiləri və Federal Təhqiqat Bürosu (FBI) Epşteynin özünü asaraq intihar etdiyi barədə əvvəlki mövqelərini qoruyur və qətl versiyasını təsdiqləyən sübut olmadığını bildirirlər.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 821 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 185 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 203 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 249 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
04.10.2026 256 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 244 Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
04.10.2026 194 Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
04.10.2026 200 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
04.10.2026 175 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
04.10.2026 169