Dövlət yeniləyir, vətəndaş dağıdır - PSİXOLOQDAN AÇIQLAMA

Dövlət yeniləyir, vətəndaş dağıdır - PSİXOLOQDAN AÇIQLAMAŞəhərdə görülən işlərə baxanda ilk baxışdan hər şey qaydasındadır. Yeni avtobuslar gətirilir, ictimai nəqliyyat yenilənir, park və istirahət zonaları abadlaşdırılır. Məqsəd aydındır: şəhər həyatını daha rahat, daha səliqəli və insanlar üçün əlçatan etmək. Ancaq bu cür addımların real nəticəsi təkcə ayrılan vəsaitlə və ya görülən işlərin miqyası ilə ölçülmür. Şəhərin ümumi mənzərəsini formalaşdıran əsas amillərdən biri də insanların ictimai məkana münasibəti və davranışıdır. Bu münasibət xüsusilə ictimai nəqliyyatda və parklarda daha qabarıq şəkildə özünü göstərir. Son illər istifadəyə verilən yeni avtobuslar qısa müddət ərzində səliqəsiz vəziyyətə salınır. Oturacaqlara saqqız yapışdırılır, yerə tum atılır, bəzi hallarda salonun müxtəlif hissələri bilərəkdən zədələnir.

Nəticədə hələ yeni istismara verilmiş avtobuslar bir neçə ay ərzində köhnə və baxımsız görüntü alır. Eyni mənzərə park və istirahət məkanlarında da müşahidə olunur. Skamyalar sındırılır, ətraf zibillənir, yaşıllıqlara zərər vurulur. Zibil qutuları olmasına baxmayaraq, tullantılar yerə atılır, ictimai məkanlara şəxsi həyət kimi yanaşılır. Bu isə həm şəhərin görünüşünü korlayır, həm də istirahət üçün yaradılan mühiti yararsız hala salır. Ortaya çıxan mənzərə göstərir ki, problem təkcə nəzarət və cərimələrlə bağlı deyil. Məsələ daha çox ictimai mədəniyyət və məsuliyyət anlayışı ilə əlaqəlidir. Dövlət bir tərəfdən şərait yaradırsa, digər tərəfdən həmin şəraitin qorunması cəmiyyətin öz üzərinə düşür. İctimai əmlaka şəxsi mal kimi deyil, hamının ortaq dəyəri kimi yanaşılmadıqca, görülən işlərin davamlı nəticə verməsi mümkün olmayacaq.
Dövlət yeniləyir, vətəndaş dağıdır - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, buna birinci səbəbi; əqli inkişafdan geri qalan insanın beyni, ictimai məkanı "kimsəsiz yer" kimi qəbul edir. Yəni, "bu yer hamınındırsa, mənim deyil" kimi qəbul edir. Öz şəxsi evini təmiz saxlaya bilər, amma ümumi məkanları zibilləyər. Bunlar da ta uşaq vaxtından formalaşan vərdişlərdir. Yerə zibil atmaq, sındırmaq, saqqız yapışdırmaq, bıçaqla cızmaq, tüpürmək və s. kimi tərbiyədən kənar davranışlar inkişafdan qalan fərdin əqli geriliyini göstərir. İnsan hər yaşda böyüyür, inkişaf edir. Əgər böyüdükcə pis vərdişləri düzəldə bilmirsə, demək ki, inkişafdan qalıb, yəni əqli problemi var. Əsrlər öncə insanı adam etmək üçün, din də yarandı, qanun da yarandı, təhsil də yarandı amma nə qədər insan adam ola bildi? İctimai mədəniyyət təkcə qanunla yox, həm də daxili etikayla formalaşır. Amma diqqət etsək müsəlman ölkələrinin çoxunda daxili etika çox aşağı səviyyədədir. Əgər insan bu davranışın yanlış olduğunu dərk edir və yenə yanlış etməyə davam edirsə, bu artıq daxili aqressiyanın passiv formasıdır. Özünü dəyərsiz hiss edir, yaxud cəmiyyətdən narazıdır və bu davranışla zərər verir.

Bü cür davranışların çoxalmasına səbəb isə cəzasızlıqdır. Cərimə tətbiq olunmadıqca, ciddi nəzarət olmadıqca, cəzalananlar dəfələrlə ictimailəşdirilmədikcə, təbii ki, bu cür hallar artacaq. Çünki, insan beyni nəticə görməyəndə vərdişi dəyişmir. Məsələn, dünən parkda gəzinti zamanı anam sual verir: Nə üçün parklarda axşam saatında bu qədər mühafizə əməkdaşları var? Çünki, onlar olmasa insanlar ağacları, işıq lampalarını kökündən qoparıb aparacaq. Nəticə etibarı ilə millət olaraq, ac, oğru, nəfsli, mənəviyyatdan kasad, başqa mala göz dikən, xəyanətkar millətik. Nə qədər acı olsa da, bu həqiqətdir. Çoxluq nəyi nümayiş edirsə, nəticə odur.

Problemin həlli yolu varmı? Əlbətdə var. Şəhərdə hər 5 metrdən bir zibil qutusu olmalıdır, amma zibil qutusu tapmaq üçün saatlarla yol gedirik. İctimai məkanda davranışla bağlı ciddi xəbərdarlıqlar verilməlidir və bu mövzular təhsildə sistemli şəkildə, etika və mədəniyyət çərçivəsində öyrədilməlidir. Bakı Marafonu kimi, Beynəlxalq Barbekü Festivalı, Yoqa Festivalı və digər festivallar kimi, bir də misal üçün "Təmiz Evimiz" adlı ciddi təmizlik tədbirləri, bir neçə ay ardıcıl və ciddi şəkildə tətbiq olunsa, paralel olaraq real və sərt cərimələr də tətbiq edilsə, vəziyyət təbii ki, yoluna düşəcək. Lakin sual yaranır: bu niyə təşkil olunmur? Bu işlə məşğul olan məsuliyyətli bir icma və ya qurum niyə yoxdur? Varsa da, nə üçün aktiv deyil? Görünür ictimai problemlərə xərclənməli büdcədən göz hələ də doymayıb".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.