"Ümummilli lider Heydər Əliyev hər zaman dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutub" - Emil Əkbərov

"Ümummilli lider Heydər Əliyev hər zaman dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutub" - Emil Əkbərov"Ulu Öndər, dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevi vəfatının 22-ci ildönümündə hörmət və ehtiramla anırıq".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin inkişafı istiqamətində atdığı addımlarla böyük döşlər bir irs qoyub. Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir:

"Ümummilli lider Heydər Əliyev her zaman dövlətinin və və xalqının mənafeyini hər şeydən üstün tutub. Hətta o, Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət idi. Heydər Əliyev müstəqil dövlətimizin qurucusu Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Hər zaman xalqımızın, dövlətimizin inkişafı, tərəqqi üçün çalışan Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün fədakarlıqla çalışıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi".

Emil Əkbərov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı:

"Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə onun gücünün və siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.

1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib:

"Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşmənin belini qıraraq ərazi bütövlüyümüzü bərpa etdi. Üçrəngli bayrağımız Qarabağın döyünən ürəyi olan Şuşada, Kəlbəcərdə, Xankəndində və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmaqdadır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları cənab Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 166   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəstəliyə görə bağlanan Bərdə heyvan bazarı açılır - Video

Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. BİG.AZ AQTA-ya istinadən xəbər verir ki, hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək. Bildirilib ki, hazırd

11.12.2025 234
.

Töhmət alan Rafael Hüseynov istefa verir?

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov partiyadan istefa vermək barədə qərar qəbul edib. -a istinadən xəbər verir ki, R.Hüseynovun istefa ərizəsini bu gün rəsmən təqdim edəcəyi deyilir. Bu addımın isə həm partiya daxilində, həm də parlamentd

10:40 158
.

Bakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. 1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir. İlkin məlumat

11.12.2025 404
.

"Ümummilli lider Heydər Əliyev hər zaman dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutub" - Emil Əkbərov

"Ulu Öndər, dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevi vəfatının 22-ci ildönümündə hörmət və ehtiramla anırıq". Bu sözləri -a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib. Emil Əkbərov qeyd edib ki, ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasında

11:14 161
.

Fatimə Fətəliyeva: "Düz deyir, oxumağım biabırçılıqdır"

Rəqqasə Fatimə Fətəliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun onun haqqında dediyi "Azərbaycan incəsənətini məhv etmək istəyəndir. Bizə düşməndir" sözlərinə cavab verib. Bizim.Media xəbər verir ki, -a açıqlama verən sənətçi Hüseyni haqlı bilib. O, qeyd edib ki, həqiqətən də öz ifası biabırçılıqdır:

11.12.2025 339
.

Şahzadə Uilyam əleyhinə sui-qəsd planı ortaya çıxdı

Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbetten-Vindzorun şahzadə Uilyam əleyhinə sui-qəsd hazırlamaqda şübhəli bilindiyi iddia olunur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Royal Observer" qəzeti məlumat yayıb. Məlumata görə, kral II Çarlzın rüsvay olmuş kiçik qardaşı, şahzad

11:33 110
.

Azərbaycanda kimlər 13-cü maaş alır? - Hamını maraqlandıran açıqlama

Azərbaycanda bəzi dövlət qurumları və özəl şirkətlər ilin sonunda işçilərinə əlavə 13-cü maaş ödəyir. -in məlumatına görə, bu praktika işçilər üçün müsbət qərar olsa da bütün qurum və şirkətlərdə tətbiq olunmur. Maraqlıdır ki, Əmək Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulurmu? 13-cü maaş işçiləri

12:15 122
.

"Qobu Park"dakı yanğında ölənlərin sayı 5-ə çatdı

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib. Qeyd edək ki

13:00 55
.

Sumqayıtda zəncirvari qəza - 8 maşın toqquşdu

Sumqayıtda səkkiz maşın toqquşub. BİG.AZ Sumqayıt 24-ə istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, hərəkətdə məhdudiyyət yaradılıb. Yol qəzasının səbəbləri araşdırılır

11.12.2025 284
.

TOP MP3