Pendirin bilmədiyiniz faydası və zərərləri

Pendirin bilmədiyiniz faydası və zərərləriPendir ən sevilən qidalardan biridir. Lakin mütəxəssislər bildirirlər ki, hər bir qida kimi pendirin də həm faydaları, həm də müəyyən riskləri mövcuddur:
Qida eksperti Aygün Həsənli BiG.AZ-a bildirib ki, pendir xüsusilə sümük və diş sağlamlığı üçün vacib olan kalsium,əzələlərin bərpası üçün gərəkli olan keyfiyyətli zülal baxımından çox zəngindir. Bu səbəbdən, uşaqlar, idmançılar və yaşlılar üçün pendir gündəlik rasionda faydalı hesab olunur:

"Pendir həm sinir sisteminin fəaliyyətini tənzimləyən B12,həm də görmə və dəri sağlamlığı üçün vacib olan A vitamini ilə zəngindir. Bu vitaminlər xüsusilə heyvan mənşəli qidalarda olur, pendir isə onların ən asan qəbul edilən növlərindən biridir.

Bəzi pendir növləri, xüsusilə kəsmik və təzə pendirlər, faydalı bakteriyaların inkişafını dəstəkləyir və həzmi yaxşılaşdırır.

Pendir yağlı olduğuna görə yüksək enerji dəyərinə malikdir. Səhər yeməyində pendir istifadəsi gün ərzində daha uzun müddət toxluq hissi yaradır.

Pendirin çoxunda duz miqdarı yüksək olur. Bu isə təzyiq xəstələri,böyrək problemi olanlar,ödemdən əziyyət çəkənlər üçün
risk yaradır. Duzlu pendirlərin həddindən artıq istifadəsi orqanizmdə su yığılmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Pendirin tərkibindəki doymuş yağlar yüksəkdir. Bu səbəbdən piylənmə,ürək-damar xəstəlikləri,xolesterin artımı
riskini yüksəldə bilər. Xüsusilə yaşlı və artıq çəkisi olan şəxslərə yağlı pendir növlərini az istifadə etmək tövsiyə olunur.

Laktoza intoleransı olanlar pendirdən sonra köp,qaz, qarın ağrısı kimi şikayətlər yaşaya bilərlər. Onlar üçün laktozasız pendir növləri daha təhlükəsiz sayılır.

Pasterizə olunmamış süddən hazırlanan pendirlərdə bakterioloji risk daha yüksək olur və xüsusilə hamilələr,uşaqlar, immun sistemi zəif olanlar bu növ pendirlərdən uzaq durmalıdır.

Pendirin sağlam qidalanmada yeri böyükdür, lakin istehlak miqdarı və növü fərddən asılı olaraq seçilməlidir. Günlük məsləhət edilən porsiya — 30–40 qramdır. Duzsuz, az yağlı və təbii tərkibli pendir növləri isə daha sağlam seçim hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 983   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

09.10.2026 203
.

Dostluğun təntənəsi

"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı

09.10.2026 181
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak

09.10.2026 251
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

09.10.2026 236
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 245
.

Almaniya Rusiyada şübhəli taun epidemiyası səbəbindən səyahət məhdudiyyətləri tətbiq edə bilər

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Yohann Vadeful Sibirdəki taun əleyhinə institutun bir əməkdaşının ölümündən sonra Rusiyadan tam şəffaflıq tələb edib. Teleqraf xəbər verir ki, Yohann Vadeful "Bild" qəzetinə müsahibəsində bildirib ki, Rusiya beynəlxalq ictimaiyyətin suallarına cava

09.10.2026 281
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

09.10.2026 197
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

09.10.2026 220
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

09.10.2026 329
.