Bakı enerji və nəqliyyat tranzitində regionun əsas oyunçusuna çevrilir

Bakı enerji və nəqliyyat tranzitində regionun əsas oyunçusuna çevrilir"Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edib. Bu, Prezidentimizin həmin platformada sayca üçüncü iştirakı olsa da, bu dəfə Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi diqqət çəkir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü rəsmi təşkilat deyil; bu, əsasən region liderləri arasında siyasi dialoq platformasıdır. Liderlər ildə bir dəfə toplaşaraq regionun sabitliyi, sərhəd əməkdaşlığı, enerji və su resurslarının idarə olunması, ticarət və nəqliyyat dəhlizləri kimi məsələləri müzakirə edir. Məqsəd isə bölgə ölkələri arasında etimadı gücləndirmək, ortaq problemlərə birgə yanaşma formalaşdırmaq və Mərkəzi Asiyanı vahid əməkdaşlıq məkanı kimi möhkəmləndirməkdir:

"Azərbaycanın tamhüquqlu üzv kimi qoşulması həm tarixi-mədəni, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından regionla sıx bağlılığının göstəricisidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir, lakin təkbaşına enerji boşluğunu doldura bilmir. Buna görə də Bakı təkcə öz resursları ilə deyil, həm də Mərkəzi Asiyanın enerji ehtiyatlarını Qərbə çıxara biləcək strateji tranzit mərkəzi kimi fəaliyyətini genişləndirmək istəyir.

Mərkəzi Asiya ölkələri üçün Azərbaycan yalnız tranzit ölkəsi deyil, həm də Avropa ilə əlaqələrdə siyasi və iqtisadi körpü rolunu oynayır. Bakı riskləri minimuma endirən, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq təklif edir ki, bu da region ölkələrini Azərbaycanla yaxınlaşdırır.

Azərbaycanın "C5+1" platformasına qoşulması hazırda prioritet deyil. Ölkəmiz artıq Mərkəzi Asiya ilə o səviyyədə əməkdaşlıq edir ki, bu platformada müzakirə olunan məsələlərə təsir edə bilir. Tamhüquqlu iştirak yalnız strateji, zaman və geosiyasi uyğunluq tələb etdiyi zaman aktuallaşacaq.

Bakı həm Avropa, həm ABŞ, həm Çin, həm də Mərkəzi Asiya ilə paralel əməkdaşlıq yolu ilə özünü regionun enerji və nəqliyyat mərkəzinə çevirir. Ölkəmiz həm Transxəzər və TRIPP kimi layihələrdə, həm də turizm və ticarət sahəsində eyni vaxtda müxtəlif geosiyasi bloklarla işləməyi bacarır. Məqsəd konkret təşkilatlara qoşulmaq deyil, regiondakı bütün blokları öz orbitində birləşdirə bilən strateji mərkəzə çevrilməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.