Mütəxəssislər qabaqlayıcı tədbirlər görür: Dabaq təhlükəsinə qarşı monitorinqlər

Mütəxəssislər qabaqlayıcı tədbirlər görür: Dabaq təhlükəsinə qarşı monitorinqlər"Dabaq xəstəliyinin yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ölkəmizdə dabbaq xəstəliyinin qarşısının alınması üçün hazırlıqlar davam edir. Hazırda müvafiq mütəxəssislər xəstəliyin aşkarlandığı bölgələrdə preventiv tədbirlər görür".

Bunu Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

o, qeyd edib ki, əsas addımlardan biri operativ qrupun yaradılması və bölgələr üzrə davamlı monitorinqlərin aparılmasıdır. Xüsusilə xəstəliyin yayıldığı ərazilərdə yerləşən qida obyektlərində yoxlamalar intensiv olmalıdır. İşçilərin tibbi müayinəsi, sanitar qaydalara riayət, məhsulların mənşəyi və saxlanma şəraiti diqqətlə yoxlanılmalıdır. Şübhəli məhsullar dərhal satışdan çıxarılmalı və laborator analizə göndərilməlidir:

"Restoran və dönərxanalarda gigiyenik şərait əsas meyardır. Qidaların hazırlanmasında istifadə olunan suyun keyfiyyəti, ət məhsullarının soyudulma və bişirilmə temperaturu, işçi heyətin əl və geyim təmizliyi ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Qaydaların pozulması halında müəssisəyə cərimə tətbiq edilir, bəzən isə fəaliyyət müvəqqəti dayandırılır.

Paralel olaraq, ictimai maarifləndirmə tədbirləri də vacibdir. Media qurumlarının ekspert açıqlamaları vətəndaşlar üçün məlumat mənbəyi rolunu oynayır. Televiziya, radio və sosial şəbəkələr vasitəsilə vətəndaşlara düzgün qidalanma, bişməmiş ət məhsullarından uzaq durmaq və şəxsi gigiyenaya riayət etmək barədə məlumat verilməlidir. Restoran sahiblərinə də xəbərdarlıq edilməlidir ki, təchizatçılar yalnız rəsmi sertifikata malik müəssisələrdən seçilsin.

Əgər xəstəliyin yayılma mənbəyi konkret qida növü və ya ticarət şəbəkəsi ilə bağlıdırsa, həmin məhsulun dövriyyəsi dərhal dayandırılmalı və geri çağırılmalıdır. Laborator analizlər nəticəsində yoluxma səbəbi dəqiqləşdirildikdən sonra gücləndirilmiş nəzarət davam etməlidir.

Beləliklə, dabaq və digər yoluxucu xəstəliklərin yayıldığı dövrdə qida obyektlərinə nəzarət sistemli və çoxsəviyyəli aparılmalıdır. Profilaktik yoxlamalar, məhsul analizləri, gigiyenik nəzarət və maarifləndirmə tədbirləri bir-birini tamamladıqda həm xəstəliyin qarşısı alınır, həm də cəmiyyətin qida təhlükəsizliyinə etimadı qorunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.